Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vazgen Manukyan: Konstitusiya üzrə referendumun keçirilməsinə imkan verilməməlidir...

Ermənistanın keçmiş Baş naziri və müxalifət liderlərindən biri olan Vazgen Manukyan hakimiyyət tərəfindən təklif olunan Konstitusiya üzrə referendumun keçirilməsinə qarşı çıxıb...

Poliqon xəbər verir ki, “Vazgen Manukyan Müstəqillik Bəyannaməsinə və hakimiyyətin Bəyannaməyə istinadları Konstitusiyadan çıxarmaq cəhdlərinə qəti yox” forumunda çıxışı zamanı deyib.

Manukyan qeyd edib ki, Müstəqillik Bəyannaməsi ilə bağlı heç kim Ermənistana qarşı iddia irəli sürməyib. Erməni siyasətçi xatırladıb ki, istənilən xalq bu cür sənədlərdə öz məqsədlərini müəyyənləşdirir və erməni xalqı da Bəyannamədə BMT Nizamnaməsinin müddəalarına istinad edərək bunu edib.

“Bəyannamə bizim Türkiyə ilə əlaqələrimizi inkişaf etdirməyə, diplomatik əlaqələr qurmağa və hətta danışıqlar aparmağa mane olmur, heç vaxt başqa ölkələrlə münasibətlərə mane olmayıb və heç kim ona qarşı heç bir iddia irəli sürməyib”, deyə erməni siyasətçi Türkiyə və Azərbaycana qarşı ərazi iddaları olan hazırkı Ermənistan konstitutsiyasını müdafiə edib.

Manukyanın fikrincə, müharibə Bəyannamədə nəsə yazıldığı üçün deyil, onlar zəif olduqları üçün baş verib və hazırkı hakimiyyət davamlı olaraq təslimçilik siyasəti yürüdür.

“Konstitusiyanı təzyiq altında dəyişdirməklə biz özümüzü biabırçı vəziyyətə salmışıq. Heç bir halda, nəyin bahasına olursa olsun, belə bir referenduma icazə verilməməlidir. Bu, özlüyündə geri çəkilmək demək olacaq, heç bu hakimiyyətin belə bir referendumu necə keçirəcəyini demirəm. Hörmətini itirmiş xalq heç bir məqsədə çatmaz”, deyə Manukyan xəbərdarlıq edərək, bütün qüvvələri və vətəndaşları yüksək məqsəd ətrafında birləşməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar