Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Unibank”dan görünməmiş özbaşınalıq faktı...

Azərbaycan Respublikasının Təhsil İnstitunun İnformasiya şöbəsinin müdiri Kənan Kərimli sosial şəbəkədə “Unibank” tərəfindən narahat edildiyi barədə yazı paylaşıb

Belə ki, bank şikayətçinin xəbəri olmadan onun əlaqə nömrəsini hansısa, kredit götürən birinə zamin şəxs kimi qeydiyyata alıb. Kənan Kərimli iqtisadiyyat.az -a bildirib ki, bu hal artıq 4-5 aydır davam edir. Hər ay kreditin vaxtı çatanda şikayətçinin mobil və ev nömrəsinə bank tərəfindən zənglər gəlir. O, dəfələrlə nömrəsinin silinməsini tələb etsə də, bank tərəfindən əhəmiyyət verilməyib.

“Unibank, mənim nömrəmi bilən kiməsə kredit vermisiniz, etirazım yoxdur. Əlaqə üçün əlavə nömrələr istəmisiniz, mənim mobil və ev nömrəm verilib. Siz də mənim razılığımı almadan nömrəmi qeydə almısınız.

İndi hər gün mənə zəng edib vaxtımı alırsınız, evimə zəng edib ailəmi narahat edirsiniz. Hər dəfə də, “mənə zəng etməyin, mən sizə vasitəçilik etmək öhdəliyi götürməmişəm” desəm də hələ də həm evimə, həm də mobil nömrəmə zəng edirsiniz. Bu məsuliyyətsizliyinizi, insanları özünüzdən, markanızdan nifrət etdirmək üçün bu qədər israr etməyinizi anlamıram. Mən də israrla dediyiniz adama məlumat vermirəm, belə bir öhdəliyim də yoxdur.”

Mövzu ilə bağlı “Unibank”-ın mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, şikayət tez zamanda araşdırılaraq, tədbirlər görüləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Ən çox oxunanalar