Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Putinlə Paşinyan arasında baş tutan görüşdən sonra Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhədindən çəkiləcəklər məlum oldu...

Politoloq: “Moskvada baş tutan Putun-Paşinyan görüşünün nəticəsi kimi Rusiya sərhədçilərinin Zvartnos hava limanı və Azərbaycan-Ermənistan sərhəddindən çəkilməsi Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi prosesinin davamıdır”.

“Deyilənlərdən aydın olur ki, Rusiya Ermənistanın elə də böyük tələbini yerinə yetirməyib”.

Bu sözləri politoloq Azər Qasımov Paşinya-Putin görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra mühüm razılığın əldə olunduğu iddia edilir. Belə ki, razılığa əsasən Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını və Azərbaycan-Ermənistan sərhədini tərk edəcəklər. Bu isə o demək olur ki, faktiki olaraq İrəvan Moskvanı delimitasiya prosesindən tamamilə uzaqlaşdırır.

Paşinyanın Moskva səfərindən əvvəl belə bir gözlənti vardı ki, Putin Ermənistan liderinə qulaqburması verəcək. Amma görüşün nəticəsi bunun əksini göstərmirmi?

Rusiya liderinin Ermənistana etdiyi güzəşti Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Putinin Moskvada Paşinyana etdiyi güzəştlərin əvəzini İrəvan küçələrində artıqlaması ilə çıxacağı da gözləntilər arasındadır”.

Görüşün nəticəsinin hal-hazırda Yerevan küçələrində etirazçıların etirazı ilə davam etdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, bu etirazların nəticəsi Putinin Paşinyana “qulaqbirması”nı necə verəcəyi bacaracağı ilə ölçüləcək:

Moskvada baş tutan Putun-Paşinyan görüşünün nəticəsi kimi Rusiya sərhədçilərinin Zvartnos hava limanı və Azərbaycan-Ermənistan sərhəddindən çəkilməsi Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsi prosesinin davamıdır. Rusiya Azərbaycanın istəklərini yerinə yetirib Ermənistanın istəklərini gözardı edə bilməzdi.

Hava limanını ermənilərin nəzarətinə vermək Ermənistanın öz mənliyini qorumaq üçün vacib məqamdır. Məsələ ondadır ki, öz sərhəddini qorumağı, hətta dövlətin təhlükəsizliyini qorumaq üçün öz ərazində başqa dövlətin ordusunun bazasını yerləşdirməklə başqa ölkəyə şərait yaratmaq olar. Bu, qəbul edilən praktikadır. Amma hava limanını, ölkənin əsas qapısını, hqorumaq üçün orduya ehtiyac yoxdur, sadəcə intelektual potensiala sahib olmaq yetərlidir. Odur ki, bu qapını qorumaq potensialının olmaması bir dövlət üçün aşağılayıcı faktordur.

Azər Qasımov: “Rusiya Paşinyanla pişik siçanla oynayan kimi oynayır”.

Azərbaycan-Ermənistan sərhəddində zatən rus sərhədçiləri demək olar ki, olmayıb. Burda iki ölkənin ordusu qarşı-qarşıya olub. Sadəcə Qərbi Zəngəzur ərazisində müəyyən rus birlikləri dayanmışdı ki, Azərbaycan ordusu irəli getməsin.

Deyilənlərdən aydın olur ki, Rusiya Ermənistanın elə də böyük tələbini yerinə yetirməyib. Putin də bu kiçik jestlə Paşinyanın könlünü alıb kimi görünür. Görüşün nəticəsi hal-hazırda Yerevan küçələrində etirazçıların etirazı ilə davam edir. Əsas etirazların nəticəsi Putinin Paşinyana nə qədər qulaqburması verəcəyini necə bacaracağı ilə ölçüləcək.

Hesab edirəm ki, Rusiya Paşinyanla pişik siçanla oynayan kimi oynayır. Amma Putinin Moskvada Paşinyana etdiyi güzəştlərin əvəzini İrəvanda artıqlaması ilə çıxacağı da gözləntilər arasındadır”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar