Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Rusiyaya qarşı yeni silahı - Kiyev Moskvada yeni silahını nümayiş etdirib...

1943-cü ildən bəri Moskva və Moskva vilayətinin ən böyük kütləvi bombardmanı göstərdi ki, Ukrayna Moskva üçün yeni və çox xoşagəlməz silaha malikdir. Bsə bu silah haqqında nə məlumdur?..

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, çərşənbə axşamı yayımlanan hücumların videolarında qeyri-adi formalı dronlar əks olunub. Mütəxəssislər bunu "ördək" aerodinamik dizaynı adlandırırlar ki, bu dizaynda qurğunun üfüqi quyruğu öndə yerləşir.

Belə PUA-nın istifadəsi ilk dəfə deyil. Mayın 26-da Krasnodara edilən hücumun kadrlarında da Ukraynanın eyni PUA-lardan istifadə etdiyi görünürdü. Həmin hücum zamanı sonra inzibati bina və yaşayış binası zədələnib, beşmərtəbəli yaşayış binasının pəncərələri sındırılıb.

Hərbi analitiklərin fikrincə, hər iki halda pilotsuz təyyarələr Ukrayna ərazisindən buraxılıb və eyni məsafəni qət edib. Ukraynadan Krasnodara qədər olan məsafə təxminən 400 km-dir, Ukraynadan Moskvaya qədər - isə 450 km məsafədir.

Hələlik bu dronlar haqqında az şey məlumdur. Nəqliyyat Texnologiyalarının İnkişafı Mərkəzinin rəhbəri Aleksey Roqozin (Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozinin oğlu) telegram kanalında yazıb ki, belə dronların uçuş məsafəsi 400-dən 1000 kilometrə qədərdir. “Ukrainian Weapons Tracker” layihəsi də oxşar rəqəmlərə istinad edib. Onlara görə hücumda iştirak edən pilotsuz təyyarələr 600-1000 kilometr uça bilər və bu dronlar, 1,8 kq partlayıcı kütləsi daşımaq qabiliyyətinə malikdir. PUA sovet partlayıcısı KZ-6 daşıyır və bu partlayıcılar dəmir-beton və zirehlərə nüfuz etmək üçün istifadə olunub.

“Bu cür partlayıcı yanar obyektləri, məsələn, neftayırma zavodlarını məhv etmək üçün kifayətdir, lakin davamlı mülki strukturlara ciddi ziyan vurmaq üçün yetərli deyil”, deyə “Ukrainian Weapons Tracker” qeyd edir.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın istifadə etdiyi İran pilotsuz təyyarələr daha güclüdür: “Şahed-136” 2 min kilometrə qədər məsafəyə təxminən 40 kq partlayıcı daşıya bilir, “Şahed-131” isə eyni məsafəyə 10 kq ağırlığında yük daşıyır.

Bəs Ukrayna Silahlı Qüvvələri bu dronları haradan alıb?

“Beynəlxalq Böhran Qrupu”ndan Oleq İqnatov bildirib ki, Ukrayna onları özü istehsal edə və ya başqa ölkələrdə yığıla bilər. Hərbi-siyasi ekspert Pavel Luzin isə bildirib ki, bunlar bazarda mövcud olan komponentlərdən hazırlanan sadə dronlardır. Hərbi ekspert Yuri Fedorov xatırladıb: Ukrayna 10-a yaxın pilotsuz təyyarə modeli yaratdığını və istehsalına başladığını bildirib.

Qeyd edək ki, bu il Ukraynanın “AeroDrone” şirkəti Ukrayna Silahlı Qüvvələri üçün yükdən asılı olaraq 1000-dən 3100 kilometrə qədər məsafə qət etməyə qadir pilotsuz təyyarələrin seriyalı istehsalına başlandığını elan edib.

Hücumun məqsədi nədir?

Pavel Luzinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifəsi Rusiya ordusunu hava hücumundan müdafiə sistemlərini Rusiyanın dərinliklərinə keçirməyə məcbur etməkdir.

“Düşünürəm ki, generalların edəcəyi ilk şey Moskvanın ətrafına daha on batareya yerləşdirməli olduğumuzu söyləmək olacaq, sonra biz Moskva səmasını mütləq bloklamağa məhkumuq”, deyə Yuri Fedorov bildirib. O, qeyd edib ki, Moskvanın müdafiəsini gücləndirmək üçün Pantsir-S komplekslərini ilk növbədə, Rusiyanın şərq bölgələrindən, nəhayət, Qərb Hərbi Dairəsindən köçürmək olar. Eyni zamanda, Fedorov deyir ki, qırıcı təyyarələr pilotsuz təyyarələri “ovlamaq” üçün paytaxt bölgəsində hava məkanında daimi patrulluq etmək üçün yerləşdirilə bilər.

Dron hücumunu şərh edən Vladimir Putin Rusiyanın hava hücumundan müdafiə sisteminin “qənaətbəxş işlədiyini, lakin görüləcək işlərin olduğunu” deyib. Rusiya prezidenti əlavə edib ki, paytaxtın hava hücumundan müdafiəsini möhürləmək üçün nə etmək lazım olduğu aydındır.

Rusiyanın hava hücumundan müdafiəsi effektivdirmi?

Ekspertlər bildirir ki, bunu təxmin etmək çətindir, çünki gələn və vurulan PUA-ların sayı barədə etibarlı məlumat yoxdur. Ekspertllər onu da qeyd edib ki, çətinlik dronları vurmaqda deyil, onları vaxtında görməkdədir. Çünki bu qurğular aşağı hündürlükdə uçur və radarlar onları son anda görür.

Fedorov isə qeyd edib ki, əgər pilotsuz təyyarə demək olar ki, Putinin Novo-Oqaryovodakı iqamətgahına qədər uça bilibsə, onda hava hücumundan müdafiə sisteminin effektivliyi artıq şübhə altındadır.

Qeyd edək ki, çərşənbə axşamı səhər Moskvaya kütləvi dron hücumu zamanı üç pilotsuz təyyarə paytaxtda hündürmərtəbəli binaya düşüb və hakimiyyət iki binanın sakinlərini təxliyə edib. Telegram kanalları öz mənbələrinə istinadən hücumda 30-dan çox dronun iştirak etdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi səkkiz “təyyarə tipli” pilotsuz uçan aparatın hücumu barədə məlumat verib, onlardan üçü elektron müdaxilə yolu ilə ələ keçirilib, beşi isə Moskva vilayətində “Pantsir-S” kompleksi tərəfindən vurulub.

Dronlar Moskva vilayətinin beş yaşayış məntəqəsinə düşüb. Bu yerlərdə yüksək vəzifəli rus məmurlarının və iş adamlarının evləri var. İlyinski yaxınlığında, pilotsuz təyyarənin qəzaya uğradığı yerdən təxminən 4,5 km məsafədə, Putinin iqamətgahı Novo-Oqaryovoda yerləşir.

Mənbə:  “Aqentstvo” nəşri

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Ən çox oxunanalar