Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi məlum oldu - Yenilənib, Video, Foto

Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi korrupsiya olub...

Məlumata görə, bu gün iclas zamanı partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən il üçün xərclər haqqında hesabat tələb etsə də, nəticəsi olmayıb.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək bəyan edib ki, Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsi düzgün deyil.

Bundan sonra Batrin bir-iki dəqiqəliyə zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, lakin həmkarlarının diqqətsizliyini görcək sursatları işə salıb. Bundan əvvəl Batrin kənd sovetinin başçısını və onun dövlət satınalmaları ilə bağlı israfçılığı tənqid edən bir neçə video yayımlayıb.

***

Zakarpatiyada qumbara partlamasından sonra yaralıların təxliyəsinin görüntüləri yayılıb.

Zakarpat bölgəsində kənd sovetində baş verən partlayışdan sonra təcili operativ qərarlar qəbul etmək üçün Regional Müdafiə Şurasının təcili iclası çağırılıb.

Qumbaranı partladan deputat sağ qalarsa, onu 10 ilə qədər həbs gözləyir.

***

Ukraynanın Zakarpatiya vilayətində deputat Keretsk kənd sovetinin binasında iclas zamanı üç ədəd qumbara partladıb.

Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.
“Bu gün saat 11:37-də “102” xəttinə deputatlardan birinin sessiyanın iclası zamanı Mukaçevo rayonunun Keretsk kənd sovetinin binasında qumbara partlatması barədə məlumat daxil olub”, - deyə məlumatda bildirilir.

Zakarpatiya polisindən verilən məlumata görə, partlayış nəticəsində 26 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Deputat özü də ağır xəsarətlər alıb.

İlkin ehtimallara görə, qumbaranı partladan şəxs Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətiçisi” partiyasından olan deputat Sergey Batrindir.

Hadisə yerində istintaq-əməliyyat qrupu və kriminalistlər işləyirlər.

Hadisənin səbəbləri hələlik məlum deyil.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Ən çox oxunanalar