Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-a müvəqqəti atəşkəs üçün 33 girovu azad etməyi təklif edilib

Fələstinin HƏMAS hərəkatı Misirin İsraillə razılaşmaya dair yeni təklifini nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb. Yeni təklif müvəqqəti atəşkəs müqabilində birinci mərhələdə 33 girovun azad edilməsini nəzərdə tutur. Qeyd edilir ki, İsrail əvvəlcə yaraqlılar tərəfindən saxlanılan 40 israillinin azad edilməsini istəyirdi.

CNN-in məlumatına görə, təklif olunan təşəbbüs iki mərhələdən ibarətdir. Birincisi, hərbi əməliyyatların dayandırılması və İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi müqabilində bir neçə həftə ərzində 20-33 arasında girovun azad edilməsini nəzərdə tutur. İkinci mərhələdə qalan girovların, eləcə də onlardan bəzilərinin cəsədlərinin dəyişdirilməsi planlaşdırılır. Son mərhələ “davamlı sakitliyin bərpasına” gətirib çıxarmalıdır. Beləliklə, tərəflər bu formuladan yayınaraq, daimi atəşkəs barədə razılığa gəlməyə çalışırlar.

CNN mənbələrinin qeyd edib ki, İsrail Misirin təklifini inkişaf etdirməyə kömək edib və hazırda İsrail hakimiyyəti HƏMAS-ın cavabını gözləyir. Bundan əvvəl Fələstin hərəkatının nümayəndələri Misir və Qətərdən olan vasitəçilərlə görüşüblər. İndi isə yaxın 24 saat ərzində HƏMAS lideri Yəhya Sinvarın cavabı gözlənilir.

İsrail və vasitəçilər ilk mərhələdə Qəzza zolağından 40 girovu azad etməyi təklif ediblər. Bununla belə, CNN-in xəbər verir ki, yaraqlılar ilkin mübadilədə kriteriyalara cavab verən kifayət qədər girov tapa bilməyəcəklərini bildiriblər. Lakin HƏMAS daha sonra mövqeyini dəyişib. Bununla əlaqədar olaraq, CNN bildirib ki, İsrail ilk mərhələdə ən azı 33 israillinin geri qaytarılmasına razılıq verib.

İsrail tərəfinin məlumatına görə, anklavda 129 nəfər girov qalır ki, onlardan 34-ü ölü hesab edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar