Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kolumbiya Universiteti Fələstin tərəfdarı etirazçıları qovmağa başlayıb

ABŞ-ın Kolumbiya Universitetinin rəhbərliyi fələstinlilərə dəstək olaraq etiraz düşərgəsini tərk etməyən tələbələrin universitetdəki fəaliyyətini dayandırmağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzetinin məlumatında bildirilir. Xbərdə qeyd edilir ki, düşərgədə 80-ə yaxın çadır var və bu çadırlarda həmçinin 10-dan bir qədər çox müəllim qalır.

“Biz düşərgənin təhlükəsizliyini təmin etmək üçün səylərin növbəti mərhələsinin bir hissəsi olaraq tələbələri uzaqlaşdırmağa başladıq”, deyə universitetin sözçüsü Ben Çan NYT-yə bildirib. Təhsil müəssisəsinin rəhbərliyi etirazların dərslərə, imtahanlara hazırlığa mane olması, həmçinin yəhudi tələbələr üçün əlverişsiz mühit yaratdığını qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Kolumbiya Universitetinin rəhbərliyi tələbələri aksiyanı dayandırmağa və aprelin 29-u saat 14:00-a qədər düşərgəni tərk etməyə çağırıb. Əks halda tələbələr təhsildən uzaqlaşdırılmaqla və ya digər tədbirlərlə hədələniblər. Eyni zamanda, onlar son günlər ərzində düşərgənin bütün iştirakçılarını deyil, yalnız göstərilən vaxtdan sonra düşərgədə qalan tələbələri universitetdə çıxarmaq niyyətindədirlər.

Xatırladaq ki. son iki həftə ərzində Amerika universitetlərində tələbə icmaları Qəzza zolağında fələstinlilərin müdafiəsi üçün aksiyalar keçirməyə başlayıblar. Etirazlar xüsusilə Stenford, Berkli, Kolumbiya və Nyu-York universitetlərini əhatə edirdi. AFP-nin məlumatına görə, etirazlara görə 900-dən çox adam saxlanılıb. Buna cavab olaraq təhsil müəssisələrinin müəllimləri tələbələrin dinc aksiya keçirmək hüququna hörmət edilməsini tələb ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar