Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

90-dan çox hüquqşünas ABŞ-ın İsrailə hərbi yardımını dayandırmağa çağırıb

Amerikalı və xarici hüquqşünasların koalisiyası ABŞ-ın baş prokuroru Merrik Qarlanda İsrailə silah tədarükünü dayandırmağı tələb edən məktub hazırlayıb...

Poliqon xəbər verir ki. bu barədə Politico qəzeti məlumat yayıb. Bu günə qədər məktubu 90-dan çox hüquqşünas imzalayıb, onlardan ən azı 20-si ABŞ prezidenti Co Baydenin administrasiyasında çalışır.

Məktubda qeyd edilir ki, İsrail ABŞ-ın silah ixracına nəzarət qanunlarını, eləcə də “mülki insanlara qarşı qeyri-mütənasib hücumları” qadağan edən Cenevrə Konvensiyalarını pozmuş ola bilər. Nümunə kimi məktubda “təsadüfi bombardmanlar”, humanitar yardım karvanlarına hücumlar, məktəb və xəstəxanaların bombalanması göstərilir.

Məktubun müəllifləri arasında ABŞ Daxili Təhlükəsizlik Departamentinin, Ədliyyə, Əmək və Energetika nazirliklərinin hazırkı hüquqşünasları, həmçinin Avropa Komissiyasının və özəl sektorun hüquqşünasları var. Onlar həmçinin İsrail ordusunda Amerika vətəndaşları tərəfindən törədilmiş hərbi cinayətlərin mümkün hallarının araşdırılmasına çağırıblar. İmzaların toplanması hələ də davam edir.

Reuters Agentliyinin aprelin 27-də verdiyi məlumata görə, ABŞ-ın bəzi yüksək vəzifəli rəsmiləri dövlət katibi Entoni Blinkenə İsrailin silahlarının beynəlxalq hüquqa uyğun istifadə ediləcəyinə dair verdiyi zəmanətin etibarlı olduğuna inanmadıqlarını bildiriblər. Agentlik yazır ki, bu məsələ ilə bağlı müzakirələr ABŞ Dövlət Departamentində yaranıb. Entoni Blinken mayın 8-dək bu məsələ ilə bağlı Konqresə hesabat verməlidir.

Qeyd edək ki, aprelin 10-da ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında müharibə taktikasını səhv hesab etdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar