Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna istiqrazların Qərbə satışından 300 milyard dollar qazana bilər...

Ukrayna müharivə nəticəsində dəymiş ziyana görə Rusiya Federasiyasına qarşı gələcək iddialarla təmin edilmiş istiqrazları satmaqla 300 milyard dollara qədər vəsait toplaya bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Kiyev yalnız qiymətli kağızlar Qərb hökumətləri tərəfindən alınarsa, belə bir məbləğ ala bilər. Belə bir mexanizmin Rusiyanın xaricdəki müsadirə edilmiş aktivlərinin Ukraynaya köçürülməsi zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edəcəyi gözlənilir.

İstiqrazlar yalnız Ukraynanın Rusiya Federasiyasından silahlı münaqişə nəticəsində dəymiş ziyana görə kompensasiya alacağı təqdirdə ödəyəcək və bu halda faiz ödənişləri də arta bilər. Agentlik yazır ki, indiki halda Rusiyanın aktivləri Kiyevə dəyən zərərin ödənilməsi üçün ən çox ehtimal olunan mənbə kimi görünür.

Məsələn, Rusiya Federasiyasının bloklanmış aktivlərinə hesablanmış faizlər həm əsas məbləği, həm də istiqraz kuponlarını ödəmək üçün istifadə edilə bilər. Jurnalistlər qeyd edirlər ki, bunu vəsaitlərin müsadirəsi ilə eyniləşdirmək olmaz, çünki kompensasiya mexanizminin tətbiqi üçün Ukraynaya dəymiş ziyan müəyyən edilməlidir.

Mütəxəssislər bu ideyanın dezavantajını qeyd edirlər - istiqrazlar o qədər riskli olacaq ki, alıcılar böyük endirimdə israr edə və Ukrayna tam olaraq 300 milyard dollar almaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar