Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna böhranına başqa bir bucaqdan baxış... - Əslində mübarizə Almaniya uğrundadır...

Almaniya ilə Rusiya arasındakı yaxınlaşma ABŞ-ın əsas məqsədlərindən biri olan siyasi və hərbi bir qütblü dünya nizamının sonu deməkdir...

Hüseyn Şubukşi
“Şarkul Avsat” qəzeti, 15 fevral 2022-ci il

Bütün dünya Ukrayna böhranında nələrin baş verəcəyini və Rusiyanın bu ölkəyə hücum edib-etməyəcəyini gözlədiyi bir vaxtda ekspertlər Rusiya qüvvələrinin Ukraynaya daxil olmasının məntiqi və obyektiv səbəblərini nəzərdən keçirir.

Rusiya Ukraynanı Böyük Rusiyanın tarixi irsi kimi tanıyır və NATO-nun öz sərhədlərinə yaxınlaşmasını təhlükəsizliyinə təhdid kimi qəbul edir. Bu, ən çox yayılmış və böyük ölçüdə doğru baxışdır. Ancaq bu baxışdan əlavə, diqqətlə araşdırdıqda başqa səbəbləri də görə bilərik. Qərbin, xüsusən də ABŞ-ın Ukrayna məsələsi ilə bağlı başqa narahatlığı da var.

Məşhur strateq və politoloq Corc Fridman deyir:ABŞ-ı narahat edən əsas məsələ Almaniya ilə Rusiya arasındakı münasibətdir. Bu narahatlıq bizi iki dünya müharibəsinə sürüklədi, Bu iki ölkə birləşsə, ABŞ-ı təhdid edə biləcək yeganə gücə çevrilə bilər. Buna görə də, bir daha təkrarlanmamaq üçün çox diqqətlə işləməliyik”.

Bu səbəbdən, ABŞ-ın bəzi qərar qəbuledici dairələrində Ukrayna böhranının Ukraynanın özü ilə heç bir əlaqəsi olmadığına dair inam artır. Ukrayna böhranı, əslində, Almaniya ilə, xüsusən də Almaniya-Rusiya münasibətləri ilə bağlıdır. Hazırda bu münasibətlərin əsasını qarşılıqlı iqtisadi maraqlar təşkil edir. Bu iqtisadi əlaqələrin “Şimal axını-2” adlı təbii qaz təchizatı layihəsi ilə daha da inkişaf edəcəyi gözlənilir.

Vaşinqton bu layihəni Qərbi Avropanın maraqlarına birbaşa və aşkar təhlükə hesab edir. ABŞ dəfələrlə bu layihənin qarşısını almağa çalışsa da, müttəfiq Almaniya layihədən əl çəkmədi. Almaniya hesab edir ki, bu layihə başa çatsa, etibarlı enerji mənbəyinə sahib olacaq. Alman şirkətləri və iqtisadi qurumları məqsədlərinə çatmaq üçün enerji təhlükəsizliyinə üstünlük verir. Rusiya da ixracını artırmaqla öz iqtisadi sistemini qorumağı hədəfləyir.

Ona görə də bu, hər iki tərəfi qane edən məsələdir, lakin ABŞ-da xarici siyasətdə qərarvermə mexanizmində olan siyasi dairələr Rusiya-Almaniya münasibətlərindəki bu inkişafdan narahatdırlar. Çünki Almaniyanın Rusiyadan daha çox asılı olmasını istəmirlər.

Əslində, ticarət inam yaradır və inam özü ilə daha çox investisiya gətirir. İki ölkə arasında münasibətlər yaxşılaşdıqca ticarət məhdudiyyətləri azalır, investisiya və turizm yönümlü addımların artır. Nəhayət, məsələ ümumi təhlükəsizlik mexanizminin yaradılmasına qədər gedə bilər. Bu halda (ABŞ-ı da ən çox narahat edən məsələ də budur) ABŞ-ın Avropada silah və raket sistemlərinə artıq ehtiyac qalmaya bilər. Hətta NATO-nun Almaniya və Avropada mövcudluğu lazımsız hala gələ bilər.

Bundan əlavə, iki ölkəqarşılıqlı ticarətlərini Amerika dolları əvəzinə rubl və avro ilə davam etdirə bilər. Belə olan halda büdcə kəsirinin ödənilməsi üçün ABŞ dolları və ABŞ xəzinə veksellərinə ehtiyac qalmaya bilər. Bütün bu imkanları nəzərdən keçirdikdə ABŞ-ın Rusiya-Almaniya yaxınlaşmasına niyə bu qədər kəskin etiraz etdiyini başa düşə bilərik.

Yəni söhbət təkcə “Şimal Axını-2” boru kəmərindən getmir, ABŞ-ın bu layihəyə qarşı çıxması simvolik xarakter daşıyır və onun gələcəkdə yarada biləcəyi problemlərlə bağlıdır. Qərb cəbhəsi tarixin təkrarlanmasını istəmir və Atlantik Alyansda Almaniya və Rusiyanın iki dünya müharibəsinin bəzi mərhələlərində yaxınlaşaraq dünya üçün necə təhlükəyə çevrildiyi hələ də unudulmur.

Daha dəqiq desək, Almaniya ilə Rusiya arasındakı yaxınlaşma ABŞ-ın əsas məqsədlərindən biri olan siyasi və hərbi bir qütblü dünya nizamının sonu deməkdir. ABŞ 75 ildir ki, bu məqsədlə səy göstərir. Ona görə də, ABŞ “Şimal Axını-2” layihəsinin qarşısını almaq və Almaniyanı öz orbitində saxlamaq üçün əlindən gələni edəcək. Çünki ABŞ bu məsələyə siyasət və təhlükəsizlik baxımından ölüm-dirim məsələsi kimi baxır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar