Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib - Yenilənib

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib...

AZƏRTAC xəbər verir ki, Serbiyanın xarici işlər naziri Prezident Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.

Serbiyanın xarici işlər naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri qurduğunu vurğuladı.

Prezident İlham Əliyev Aleksandar Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident Vuçiçlə həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.

Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter daşıyır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin, bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.

Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edildi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial yanaşmaları bir daha vurğulandı.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.

***

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

Ən çox oxunanalar