Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin siyasətçiləri səs veriblər

Türkiyədə siyasətçiləri prezident və parlament seçkilərində səs veriblər.

“Report”un xəbərinə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) Kamal Kılıçdaroğlu Ankarada “Arjantin” orta məktəbində səs verib.

"Bundan sonra ölkəyə bahar gələcək və bu bahar əbədi davam edəcək", - K.Kılıçdaroğlu jurnalistlərə deyib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu İstanbulun Beylikdüzü ərazisində səsvermə hüququndan istifadə edib. O, keçirdiyi brifinqdə bildirib ki, səsvermənin nəticələrinin hər kəs üçün uğurlu olmasını arzulayıb: "Çox şey deyə bilmərəm, amma ehtiyac yoxdur. Seçki prosesində iştirak edən hər kəsə təşəkkür edirəm".

“İyi Parti” sədri Meral Akşener İstanbuldakı Hacı Sabancı adına lideydə səsverməyə qatılıb. Xanım siyasətçi media nümayəndələrinin suallarını cavablandırarkən vurğulayıb ki, seçki kampaniyası uğurlu olub: "Hər şeyi səsvermənin nəticələri müəyyən edəcək. Hər kəs xalqına qərarına hörmət etməlidir".

Ankarada səs verən ATA İttifaqından namizəd Sinan Oğan isə hər kəsi səsvermə prosesinə çağırıb: "Xahiş edirəm, hamı səs versin. Qoyun, bu seçkini bayram əhval-ruhiyyəsində keçirək".

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binalı Yıldırım da səsvermə hüququndan istifadə edib.

"Vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. Ölkəmizə və millətimizə xeyirli olsun", - o tviterdə yazıb.

Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Poliqon.info 


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar