Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin günəş enerjisi gücü 2035-ci ilə qədər 8 dəfə artacaq

Türkiyənin ilkin enerji istehlakı 2020-ci illə müqayisədə 39,5 % və ya 58,1 milyon ton neft ekvivalenti artacaq...

Türkiyənin ilkin enerji istehlakının 2035-ci ilə qədər 205,3 milyon ton neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.

“Report” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu, Türkiyəninn Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Türkiyə Milli Enerji Planında əksini tapıb.

Sənədə əsasən, Türkiyənin ilkin enerji istehlakı 2020-ci illə müqayisədə 39,5 % və ya 58,1 milyon ton neft ekvivalenti artacaq.

Türkiyənin 2000-2020-ci illər ərzində illik 4,4 % artan elektrik enerjisi istehlakının 2035-ci ilə qədər hər il 3,5 % artaraq 510,5 teravat/saata çatacağı gözlənilir. Bu dövrdə elektrik enerjisinin son enerji istehlakında payı isə 21,8 %-dən 24,9 %-ə yüksələcək.

2020-ci ilin sonuna 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisi gücünün 2035-ci ildə 189,7 gigavata çatacağı və bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış enerji gücündə payının isə 52 %-dən 64,7 %-ə yüksələcəyi gözlənilir.

Türkiyədə 2035-ci ilə qədər 96,9 gigavatlıq yeni istehsal olunan elektrik enerjisi istifadəyə veriləcək ki, bunun da, 74,3 %-ni bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Hesabat dövründə bərpa olunan enerji mənbələri arasında ən böyük artım günəş enerjisinin payına düşəcəyi gözlənilir. Türkiyənin günəş enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,9 dəfə və ya 46,2 gigavat artaraq 52,9 gigavata yüksəldilməsi planlaşdırılır.

Bu dövrdə digər bərpa olunan enerji mənbələrindən külək elektrik enerjisinin quraşdırılmış gücünün 3,4 dəfə və ya 20,8 gigavat artırılaraq 29,6 gigavata, hidroelektrik enerjisinin quraşdırılmış gücünün isə 13,2 % və ya 4,1 gigavatt artırılaraq 35,1 gigavata çatacağı gözlənilir.

Ənənəvi enerji mənbələrinin istehsalında kömürdən istifadə etməklə elektrik enerjisinin quraşdırılmış gücü 19,7 % və ya 4 gigavat artaraq 24,3 gigavata, təbii qazdan istifadə etməklə - 38,1 % və ya 9,8 gigavat artaraq 35,5 gigavata, digər mənbələrin quraşdırılmış gücünün 50 % və ya 1,7 gigavat artaraq 5,1 gigavata yüksəldilməsi planlaşdırılır.

Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar