Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə zəlzələnin baş verdiyi bölgədə xilasetmə işləri aparılır

Türkiyənin şərqində güclü zəlzələ baş verib. Nəticədə azı 22 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Xilasetmə işçiləri şənbə günü dağılmış binaların altında sağ qalan insanları çıxarmağa çalışır

Cümə günü axşam saatlarında baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər itkin düşüb. Zəlzələnin episentri Türkiyənin şərqində yerləşən Elazığ vilayətinin Sivrice şəhəri olub.

"Çox qorxulu iti. Mebellər üstümüzə düşdü. Biz tez küçəyə qaçdıq" - deyə, 47 yaşlı Məlahət Can AFP-yə bildirib.

PİA.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, zəlzələnin təsirinə məruz qalmış insanlara yardım etmək üçün bütün addımlar atılır.

"Biz xalqımızın yanındayıq" - Ərdoğan Twitter hesabında yazıb.

Türkiyə hökükmətinin Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyi (AFAD) bildirib ki, Sivricedə zəlzələ yerli vaxtla axşam saat 8:55-də baş verib. Türkiyə böyük fay xətləri üzərində yerləşir və orada tez-tez zəlzələlər baş verir.

Türkiyə televiziyasında insanların təlaş içində küçələrə qaçdığı, bir binanın damının yandığı göstərilib.

Daxili İşlər, Ətraf Mühit və Səhiyyə nazirlikləri Elazığ və qonşuluqdakı Malatya vilayətində ölənlərin olduğu barədə məlaumat yayıb.

Təbii Fəlakət və Fövqəladə Vəziyyətin İdarəsi agentliyinin məlumatına görə, azı 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.


Malatyada dağıntılar arasında ilişib qalan yoxdur, amma Elazığda hazırda 30 nəfərin axtarma və xilasetmə işləri aparılır", daxili işlər naziri Süleyman Soylu cümə günü bildirib.

Xilasetmə komandaları Elazığdan 30 kilometr aralıda yerləşən kənddə dağılan beş mərtəbəli binanın altında ilişb qalan insanları axtarıblar. Dağıntılar altından bir nəfər çıxarılıb.

Fövqəladə hallar idarəsinin işçiləri və hadisə yerində gözləyən insanlar soyuq havada isti qalmaq üçün küçələrdə ocaqlar qalayıb.

Malatyada evləri dağılmı insanlar idman mərkəzləri, məktəblər və qonaq evlərinə yerləşdirilib.

Zəlzələ Türkiyənin İraqSuriya ilə sərhədləri yaxınlığında yerləşən bir neçə şəhərində də hiss edilib. NTV kanalı qonşu şəhərlərin zəlzələnin baş verdiyi bölgəyə xilasetmə komandaları göndərdiyini bildirib.

pia.az


Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Argentinada pensiya artımlarının ləğvinə etiraz edən nümayişlər dağıdılıb

Zelenski Ukraynanın Rusiyada vurmaq istədikləri hədəfləri Blinkenə təqdim edib

Ən çox oxunanalar