Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə avtomobil istehsalına nəzarət edən möcüzəli adam – Karakaş kimdir?

Məlum olduğu kimi, Türkiyə ilk yerli istehsal olan avtomobilini təqdim edib...

Məlum olduğu kimi, Türkiyə ilk yerli istehsal olan avtomobilini təqdim edib. Avtomobil İnkişaf Qrupunun reallaşdırdığı təqdimatdan sonra hər kəsi maraqlandıran bir sual var: şirkətin baş icraçı direktoru Gürcan Karakaş kimdir?

Teleqraf.com xəbər verir ki, Mehmet Gürcan Karakaş 1965-ci ildə Antalyanın Akseki mahalında dünyaya gəlib.

1988-ci ildə Orta Şərq Universitetinin mexanika mühəndisliyi bölməsini bitirib və məzun olduğu il “Aselsan”da işə başlayıb. 1990-cı ildə Bosch Sanayi ve Ticaret A.Ş-də işləyib.

Bir il sonra Almaniyada mühəndis olaraq işə başlayan Karakaş 1992-ci ilin sonunda Türkiyəyə qayıdıb. 1995-ci ildə Bursadakı texniki tətbiqetmə layihələrinə cavab verən şöbənin müdiri olub. 2004-ci ildə “Bosch”un Türkiyəyə baş direktoru təyin edilib.

2007-ci ildə Gürcan Karakaş “Bosch”un Almaniyadakı ofisinə təyinat alıb və burada qrupun yenilənmə bazarlarına cavabdeh olan baş vitse-prezident vəzifəsində işləməyəbaşlayıb.

Hazırda Türkiyənin yerli avtomobil istehsalına nəzarət edir.

Gurcan Karakaş yerli avtomobillərlə əlaqədar bəzi açıqlamalar verib:“Çıxdığımız yolda xəyallarımıza çatmaq üçün avtomobildən daha yaxşısını istehsal etməyə söz verdik. Bu gün haradan gəldiyimizi demək, maşınımızı tanıtmaq və avtomobildən daha çoxunu ifadə etmək istəyirik. Dünyada avtomobil qaydaları dəyişir. Avtomobilimiz ağıllı bir cihaza çevrilir, avtomobil yeni yaşayış sahəsi olaraq istifadə edilə bilər”.

Gürcan Karakaş bildirib ki, qarşıdakı illərdə avtomobilə ad veriləcək: “Məhsulumuza baxdığımızda 200 at və 400 at qüvvəsi olaraq iki alternativ olacaq. 500 km aralığında və 30 dəqiqədən az bir müddətdə sürətli enerji doldurma təmin edirik. Sürücünün təhlükəsizliyi ən vacib qayğılarımızdan biridir. Şəhərlərimiz, evlərimiz və fabriklərimiz ağıllı sistemə keçdikcə, avtomobillərimiz yaşayış yerinə çevrilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar