Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və İsrail münasibətləri isnişir... - Bəs bu isnişmə regionun geosiyasi mənzərəsini necə dəyişir?..

Ankara ilə Tel-Əviv arasında uzun illər boyu münasibətlərin kəskin pisləşməsində İsrailin keçmiş baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət rol oynayırdı?..

Politoloq: “İsrail və Türkiyə Yaxın Şərqdə, ümumilikdə həmin bölgə ətrafında baş verən proseslərdə kifayət qədər ciddi gücə malik olan dövlətlərdir”.

“Qarşıdakı illərdə Türkiyə və İsrailin Avropaya qaz nəqlində, ümumiyyətlə enerji resurlarının nəqlində bir-birinin yanında olacaqlarını demək olar. Hətta Türkiyə və İsrailin birgə layihələr həyata keçirəcəyini güman edirəm”.

Bu sözləri politoloq Zaur Məmmədov son zamanlar isnişən Türkiyə-İsrail mümasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

İsraildə yeni hökümət qurulandan sonra Türkiyə-İsrail münasibətləri son zamanlar kifayət qədər isnişməkdədir.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub. Lakin münasibətlər Donald Trampın qərarı ilə ABŞ səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürməsindən sonra kəskin pisləşmiş, Türkiyə prezidenti ilə İsrailin baş naziri Binamin Netanyahu arasında diplomatik etikanı ötən soz dueli belə yaşanmışdı.

2010-cu ildən sonra az qala düşmən ölkələrə çevrilən Türkiyə ilə İsrail arasında son zamanlar əməkdaşlıq meylləri hiss olunacaq qədər qabarmaqdadır. İki ölkə arasında istər kəşfiyyat qurumlarının, istər siyasi qurumların əməkdalığına start verilib.

Martın ortalarında isə İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə səfər edəcək. Bu 2003-cü ildən sonra iki ölkə arasında ilk yüksək səviyyəli səfər olacaq.

Digər tərəfdən diqqət çəkən məsələlərdən biri də Aralıq dənizinin Şərq hissəsində İsrail və Yunanıstanınkörüklədiyi gərginlik azalmaqdadır. Hətta ABŞ-dan gələn mesajlar belə Aralıq dənizinin Şərq hissəsində Türkiyənin mövqeyinin dəstəklənməsi yönündədir. Vaşinqton son zamanlar Aralıq dənizinin Şərq hissəsindən Avropaya qaz nəql etməyi planlayan və İsrail, Yunanıstan, Kipr və Misirin Türkiyəyə qarşı koalisiya layihəsi olan və Vaşinqtonun açıq dəstəyini alan “EastMed” layihəsini deyil, Türkiyənin mövqeyini müdafiə etməyə başlayıb. ABŞ-da yaranan bu mövqe dəyişikliyi isə bir çox dairlərdə maraq doğurub.

Türkiyə və İsrail isnişməsi yeni formalaşmaqda olan geosiyasi mənzərə ilə bağlıdır, yoxsa Ankara ilə Tel-Əviv arasında uzun illər boyu münasibətlərin kəskin pisləşməsində İsrailin keçmiş baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət rol oynayırdı? Digər tərəfdən ABŞ-ın Aralıq dənizinin Şərq hissəsində mövcud problemlə bağlı mövqeyində yaranan mühüm geosiyasi dəyişikliyi nəylə əlaqələndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Uzun illərdən sonra iki ölkə arasında isnişmə ABŞ-ın mövqeyində də mühüm geosiyasi dəyişikliklərin yaranmasına səbəb olur”.

Türkiyə və İsrailin regiondakı geosiyasi maraqlarının bəzi nöqtələrdə üst-üstə düşdüyünü, bəzi nöqtələrdə isə ziddiyyət təşkil etdiyini vurğulayan politoloq PİA.az-a açqılamasında qeyd edib ki, həm Türkiyə, həm də İsrail münasibətlərin dayandırılması, münasibətlərin kəskinləşməsinə deyil, əksinə münasibətlərin gücləndirilməsinə ehtiyac olduğunu başa düşür və yəqin ki, bundan sonra hər iki ölkə ziddiyyətli nöqtələrdə belə bir-birinə anlayış nümayiş etdirəcək:

“İsrail və Türkiyə Yaxın Şərqdə, ümumilikdə həmin bölgə ətrafında baş verən proseslərdə kifayət qədər ciddi gücə malik olan dövlətlərdir. Mən deməzdim ki, onların geosiyasi maraqları tamamilə fərqlidir və üst-üstə düşmür. Türkiyə və İsrailin regiondakı geosiyasi maraqlarının bəzi nöqtələrdə üst-üstə düşür, bəzi nöqtələrdə isə ziddiyyət təşkil edir. Bu bir çox ölkələr arasında mövcud olan vəziyyətdir. Buna baxmayaraq həm Türkiyə, həm də İsrail yaxşı başa düşür ki, münasibətlərin dayandırılması, münasibətlərin kəskinləşməsinə deyil, əksinə münasibətlərin gücləndirilməsinə ehtiyac var. Hər iki ölkə geosiyasi hesablaşmaların yaşandığı indiki dönəmdə bir-birlərinə ehtiyac duyurlar.

Lakin mən inanmıram ki, Biyamin Netanyahu hakimiyyətdə qalsaydı, iki ölkə arasında indi yaşanan isnişmə müçahidə oluna bilərdi. Netanyahunun radikal baxışları bu istiləşməni istisna edirdi və təbii ki, bu üzdən də iki ölkənin bir-birinə olan ehtiyacları ödənilməmiş qalırdı. İndi isə vəziyyət dəyişib. Ntanyahu artıq hakimiyyətdə deyil və yeni İsrail höküməti zəruri addımlar atır ki, bu addımlar da Türkiyə tərəfindən müsbət dəyərləndirilir və adekvat cavab verilir.

Zaur Məmmədov: “İsrail və Türkiyə yaxınlaşması həm də Qafqazdakı proseslərə də təsirsiz ötüşməyəcək”.

Biz yaxın vaxtlarda İsrail prezidentinin Ankaraya səfərini və səfər zamanı Rəcəb Tayyib Ərdoğanla da görüşünü görəcəyik. Əlbəttə, qarşıdakı illərdə Türkiyə və İsrailin Avropaya qaz nəqlində, ümumiyyətlə enerji resurlarının nəqlində bir-birinin yanında olacaqlarını demək olar. Hətta Türkiyə və İsrailin birgə layihələr həyata keçirəcəyini güman edirəm.

Vaşinqtonun da Türkiyənin mövqeyini müdafiə etməyə başlaması baş verən proseslərlə bağlıdır. Yəni Vaşinqton da Yaxın Şərqdəki əsas müttəfiqinin Ankara ilə isti münasibətlər qurmasını görərək adekvat addımlar atır. ABŞ-da da, İsraildə də yaxşı bilirlər ki, bölgədə onlar üçün Türkiyədən yaxşı və etibarlı müttəfiq yoxdur. Problemli və münaqişələrlə dolu Yaxın Şərq coğrafiyasında Türliyə İsrailin təbii müttəfiqi kimi görünür, sadəcə Fələstin məsələsində həlli mümkün görünməyən bəzi düyünlər bu təbii müttəfiqliyə kölgə salır. Buna görə də uzun illərdən sonra iki ölkə arasında isnişmə ABŞ-ın mövqeyində də mühüm geosiyasi dəyişikliklərin yaranmasına səbəb olur. Təbii ki, bu qardaş Türkiyə üçün yaxşı haldır.

Azərbaycana qardaş olan Türkiyənin və Azərbaycanın hərbi müttəffiqi İsrailin münasibətlərinin istiləşməsi rəsmi Bakının da maraqlarına cavab verir. İsrail və Türkiyə yaxınlaşması həm də Qafqazdakı proseslərə də təsirsiz ötüşməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar