Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Suriya mövzusunda Rusiya və İranla birgə beynəlxalq ictimaiyyətə çağırış edib

İyulun 7-8-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Suriya mövzusunda Türkiyə, Rusiyaİranın keçirdiyi 16-cı yüksək səviyyəli görüşlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi mövqe bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-dən bildirilib ki, yüksək səviyyəli görüş çərşivəsində tərəflər Suriyadakı humanitar vəziyyət, dəstək, Konstitusiya Komitəsi, siyasi proses, İdlibdəki son durum, xüsusilə Fəratın şərqindəki separatçı qüvvələr olmaqla terrorla mübarizə mövzularında ətraflı müzakirələr aparıb.

Görüşdə Suriyaya humanitar yardımın artırılmasının vacibliyi vurğulanıb, beynəlxalq ictimaiyyət və BMT-yə bu istiqamətdə çağırış edilib: "Tərəflər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya münaqişəsinin siyasi həllinə ehtiyac olduğunu vurğulayaraq, siyasi prosesin irəliləməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu çərçivədə Konstitusiya Komitəsinin altıncı turunun keçirilməsinin və Komitənin işində prosessual qaydalara və əsas iş prinsiplərinə əməl olunmasının vacibliyi vurğulanıb".

İclasda Suriyanın ərazi bütövlüyü və siyasi birliyini hədəf alan separatçı gündəmlər rədd edildiyi və terrorizmə qarşı mübarizə bəhanəsi ilə həyata keçirilməyə cəhd edilən qanunsuz təşəbbüslərin qəbuledilməz olduğu vurğulanıb: "Mülki şəxslərə və son zamanlar mülki obyektlərə edilən hücumlar qınanılıb. Bu çərçivədə Türkiyə PKK/YPG-nin Afrindəki BMT-nin dəstəklədiyi xəstəxanada həyata keçirdiyi terror hücumunu nəzərə alaraq, hücumun baş verdiyi ərazilərin müvafiq razılaşmalara uyğun olaraq terrordan təmizlənəcəyinə ümid etdiyini xatırladıb, son zamanlarda artan atəşkəs pozuntularının ən qısa müddətdə sona çatmasının vacibliyini qeyd edib".

Türkiyə XİN toplantıda Astana Protokolu çərçivəsində yaradılan girov götürülən, qaçırılan şəxslərin azad edilməsi, cənazələrin dəyişdirilməsi və itkin şəxslərin sayının müəyyən olunması üzrə İşçi Qrupun da bir araya gəldiyini xatırladaraq, qrupun icra etdiyi beşinci layihəyə əsasən, iyulun 2-də girov götürülən bəzi şəxslərin zərərsiz şəkildə qarşılıqlı olaraq sərbəst buraxılmasına da mövqe bildirib və bundan məmnunluğunu ifadə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar