Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Zelenskisiz Ukrayna ilə bağlı danışıqlar aparmayacaq

Ukraynanın özü münaqişənin həlli üzrə Moskva ilə mümkün danışıqlara başlamaq üçün düzgün anı müəyyənləşdirməlidir...

Poliqon xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin baş demokratı Qreqori Miks (Nyu-York) deyib.

"Ukrayna prezidenti Volodimir Zelenski bizə danışıqların vaxtı gələndə deməlidir. Biz onsuz danışıqlar aparmayacağıq", deyə konqresmen Çikaqoda (İllinoys ştatı) keçirilən ABŞ Demokratik Milli Konvensiyası zamanı bildirib.

Öz növbəsində, Konnektikutdan olan demokrat amerikalı senator Riçard Blumental da bildirib ki, ABŞ Ukrayna üzrə Rusiya ilə danışıqlara başlamağın mümkünlüyü məsələsində Zelenskinin fikrini rəhbər tutmalıdır: "Buna prezident Zelenski qərar verəcək"

"Biz onları uzaq mənzilli artilleriya, hava hücumundan müdafiə, pilotsuz təyyarələr və qələbə üçün zəruri olan digər hərbi texnika ilə təmin etməliyik. Ona görə də mən ilin sonuna qədər əlavə büdcə vəsaitin ayrılmasını tələb edirəm" deyən senator əlavə edib ki, indi onun ofisi Ukrayna hakimiyyət orqanları ilə hansı həcmdə silaha ehtiyac olması ilə bağlı məsləhətləşmələr aparır.

ABŞ hökumətinin bu maliyyə ilində Ukrayna, İsrail və Tayvana əlavə 106 milyard dollar federal hərbi yardım tələbi təxminən altı aylıq mübahisəli müzakirələrdən sonra aprel ayında qanunvericilər tərəfindən təsdiqlənib. Eyni zamanda, Amerika hökumət rəsmiləri əslində Kiyevə əlavə irimiqyaslı maliyyə yardımı üçün müraciətlərin Kapitoli təpəsinə göndərilə biləcəyini açıq şəkildə bildiriblər.

Aprelin 20-də Ukrayna, İsrail və Tayvana yardım haqqında qanunlar paketi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən, aprelin 23-də isə Senat tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edib ki, bura Ukrayna üçün 61 milyard dollardan əlavə, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki şəxslərə humanitar yardım göstərmək üçün vəsait daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar