Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib...

“Report” xəbər verir ki, bu barədə Kremlin RusiyaErmənistan liderləri arasında bu gün baş tutan telefon danışığı ilə bağlı yaydığı bəyanatda bildirilib.

Kremldən xatırladılıb ki, V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib.

Rusiya tərəfi ErmənistanAzərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.

***

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə TASS Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya liderinin Azərbaycana səfərini müzakirə ediblər.

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya lideri ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə Ermənistanın baş nazirinə məlumat verib və N.Paşinyan buna görə V.Putinə təşəkkür edib”, - məlumatda qeyd olunub.

N.Paşinyan ikitərəfli gündəliyə dair məsələləri müzakirə etmək üçün gələcəkdə V.Putinlə görüşün keçirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib.

Poliqon.info

 

 


Etiket: Putin Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar