Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfər edəcək

ABŞ Konqresi Ankaraya F-16 qırıcılarının satışına dair sazişi təsdiqlədikdən sonra Türkiyə və ABŞ ikitərəfli siyasi təmasları, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlığı intensivləşdirir...

Poliqon xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qəzetə görə gündəliyə yüksək səviyyəli səfərlər, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərləri daxildir.

Qeyd edək ki, Türkiyənin 40 yeni F-16 və 79 qırıcı modernizasiya dəsti almasını Konqresin təsdiq etməsini fevralın 11-də ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk tərəfindən açıqlanıb. Türkiyə lideri Ərdoğan bu məlumatı fevralın 12-də təsdiqləyib.

“Hürriyet”in məlumatına görə, indi tərəflər sövdələşmənin həyata keçirilməsi proseduru ilə bağlı danışıqlara başlayacaqlar. Xüsusən, tərəflər arasında üç memorandumun hazırlanması, təyyarələrin çatdırılma tarixlərinin və döyüş təyyarələri üçün modernləşdirmə dəstlərinin, qiymət parametrlərinin müəyyənləşdirilməsi planlaşdırılır. İlkin işlərin nəticələrinə əsasən, Türkiyə ilə ABŞ arasında bütün razılaşmaları birləşdirəcək hökumətlərarası sazişin imzalanması gözlənilir.

Qəzet qeyd edir ki, Ankara və Vaşinqton arasında “yenidən etimad fonunda” iki ABŞ nümayəndə heyətinin enerji, ilk növbədə bərpa olunan enerji və ticarət sahəsində əməkdaşlıq məsələlərini həll etmək üçün yazda Türkiyəyə səfəri gözlənilir. ABŞ-ın 50-yə yaxın ən böyük şirkətinin rəhbərliyi bu səfər çərçivəsində Türkiyədə olacaq. Buna cavab olaraq Türkiyədən xarici işlər naziri Hakan Fidanın, ardınca isə Ərdoğanın Vaşinqtona səfəri planlaşdırılır. Belə bir səfərin Vaşinqtonda NATO sammitinin planlaşdırıldığı iyulda baş tutması da mümkündür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar