Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Milli Müdafiə Nazirliyi 12 hərbçinin həlak olduğu əməliyyatın bəzi təfərrüatını açıqlayıb

Dekabrın 23 və 24-də İraqın şimalında terror hücumu nəticəsində ümumilikdə 12 türkiyəli hərbçinin həlak olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi sözügedən hadisənin bəzi təfərrüatını açıqlayıb...

Açıqlamada qeyd olunub ki, hadisə “Pence-Kilit” əməliyyatı bölgəsində, mürəkkəb relyef şəraitində baş verib.

Bildirilir ki, hadisənin baş verdiyi yüksəklik, dik yamaclar və qayalıqları olan sıldırım dağlıq ərazidir və minlərlə mağaranın olduğu bir yerdir.

“Nəzərə alınmalıdır ki, qeyd olunan ərazilərdə sıx duman və çovğun səbəbindən görmə məsafəsi 5-10 metrə qədər aşağı enir. Ərazi mağaralarla zəngin olduğundan kiçik qruplar bu təbii istehkamlarda maneəsiz gizlənə və pusqu qura bilirlər”, - deyə açıqlamada qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq vurğulanıb ki, həmən günlər müşahidə edilən hava şəraiti PUA-ların (pilotsuz uçuş aparatları) və SİHA-ların (silahlı dronlar) istifadəsini qeyri-mümkün edib.

“İtkilərimizin olmasına baxmayaraq, komando bölməsinin başında duran ön xətdəki bölmələrimizin və batalyon komandirinin qəhrəmancasına müdafiəsi nəticəsində terrorçuların əsas məqsədinin qarşısı alınıb. Nəzarətimizdə olan ərazilərə soxulmağa cəhd edən terrorçuların hamısı zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri dünyada heç bir ordunun belə etməyə cürət etmədiyi əməliyyatları həyata keçirir”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin ictimailəşdirdiyi məlumatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri hazırda Türkiyə sərhədlərində çətin iqlim və relyef şəraitində qəhrəmanlıq və fədakarlıqla xidmət aparır, terrorla mübarizə davam etdirilir:

“Bütün terror yuvaları məhv edilənə və bir dənə də olsun terrorçu qalmayana qədər qətiyyətli addımların atılması davam etdiriləcək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar