Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

İlham Əliyev ABŞ prezident seçkilərində hansı namizədin qalib gəlməsinin Bakının maraq daha uyğun olması haqda mesajlar verdi...

Politoloq: “Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ABŞ prezident seçkilərində Azərbaycanın maraqlarına uyğun gələn prezident namizədinin adını bilavasitə olmasa da, dolayısı ilə başa düçüləcək şəkildə ifadə etməsi Azərbaycan diplomatiyasının beynəkxalq arenada artıq öz sözünü deyə biləcək yerə gəldiyinin
göstəricisidir”.

Azərbaycanın Harrisin, ya Trampın hakimiyyətə gəlməsində bilavasitə marağı az dərəcədədir. Azərbaycan öz problemlərinə elə konkret olaraq Baydenin hakimiyyəti dövründə nöqtə qoyub”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycana təsirini Poliqon-a şərh edərkən qeyd edib.

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev dünyanın müxtəlif xəbər agentlikləri, tanınmış media qurumları təmsilçiləri və ekspertlərinin suallarını cavablandırıb. Ölkə başçısı ABŞ prezident seçkilərində hansı namizədin qalib gəlməsinin Bakının maraq daha uyğun olması haqda mesajlar verib.

Niyə Trampın seçilməsi Azərbaycanın maraqlarına xidmət edir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bir çox dövlət rəhbərlərinin ABŞ-ın adını çəkməkdən çəkindiyi bir halda Azərbaycan Prezidentinin ABŞ seçimlərində Azərbaycan üçün prioritet namizədin adını başa düşəcək şəkildə qeyd etməsi onu göstərir ki, Azərbaycan dövləti ABŞ-la bərabərhüquqlu səviyyədə özünü hesab edir”.

Demokratların hər zaman Azərbaycana qarşı aqressiv olduqlarını xatırladan politoloq bildirib ki, Azərbaycan qarşı qəbul edilən qərarların bir çoxu Demokratların hakimiyyəti zamanı qəbul edilib:

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ABŞ prezident seçkilərində Azərbaycanın maraqlarına uyğun gələn prezident namizədinin adını bilavasitə olmasa da, dolayısı ilə başa düçüləcək şəkildə ifadə etməsi Azərbaycan diplomatiyasının beynəkxalq arenada artıq öz sözünü deyə biləcək yerə gəldiyinin göstəricisidir. Bir çox dövlət rəhbərlərinin ABŞ-ın adını çəkməkdən çəkindiyi bir halda Azərbaycan Prezidentinin ABŞ seçimlərində Azərbaycan üçün prioritet namizədin adını başa düşəcək şəkildə qeyd etməsi onu göstərir ki, Azərbaycan dövləti ABŞ-la bərabərhüquqlu səviyyədə özünü hesab edir. ABŞ bir çox dövlətlərin daxili işlərinə münasibət bildirdiyi kimi Azərbaycan da ABŞ seçkilərinə öz münasibətini bildirib.

Azərbaycanın Harrisin, ya Trampın hakimiyyətə gəlməsində bilavasitə marağı az dərəcədədir. Azərbaycan öz problemlərinə elə konkret olaraq Baydenin hakimiyyəti dövründə nöqtə qoyub. İndi də kimsədən heç bir gözləntiləri yoxdur. Məsələ beynəlxalq aləmdə və bizim regionumuzda gedən proseslərdir.

Azər Qasımov: “Cənab Prezident haqlı olaraq Respublikaçı namizədin seçilməsində Azərbaycanın maraqlı olduğunu qeyd edib”.

Trampın hakimiyyətə gəlməsinin Ukrayna-Rusiya müharibəsini bitirə biləcəyi ehtimalı, eyni zamanda, regionda Ermənistan və Gürcüstan üzərindən oynanılan oyunların səngiyəcəyi ehtimalı Azərbaycan üçün maraq kəsb edir. Ümumiyyətlə, Demokratlar hər zaman Azərbaycana qarşı aqressiv olublar, nəinki respublikaçılar. Azərbaycan qarşı qəbul edilən qərarların bir çoxu Demokratların hakimiyyəti zamanı qəbul edilib.

Hesab edirəm ki, Cənab Prezident haqlı olaraq Respublikaçı namizədin seçilməsində Azərbaycanın maraqlı olduğunu qeyd edib. Əslində seçkilərin nəticəsi bəlli deyil. Demokratlar yenə də hakimiyyətə gələ bilər. Nəticədən kimsə əmin danışa bilməz. Belə olan halda da ABŞ-ın yeni demokrat prezidenti Azərbaycanın açıqsözlülüyünü demokratik dəyərlərin mövcudluğu kimi qəbul edər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar