Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın məhkəməsi - Hakim vəkildən eks prezidenti susdurmağı tələb edib...

Donald Tramp 250 milyon dollarlıq fırıldaqçılıq işi ilə bağlı Nyu-York məhkəməsində ifadə verib...

Poliqon Amerika mətbuatına əsasən xəbər verir ki, ABŞ-ın 45-ci prezidentinin Manhetten federal məhkəməsində dindirilməsi 4 saat davam edib.

Qeyd edək ki, Nyu-Yorkun Baş prokuroru Letisiya Ceyms 2022-ci ilin sentyabrında Donald Trampa qarşı fırıldaqçılıq ittihamı ilə iddia qaldırıb. Bir il sonra ştat hakimi cinayəti müəyyən edib. İttihama əsasən keçmiş prezident banklardan daha sərfəli təkliflər almaq üçün öz aktivlərinin dəyərini bilərəkdən şişirdib. Siyasətçinin şirkətlərinə Nyu-Yorkda bizneslə məşğul olmaq qadağan edilib. Davam edən məhkəmə prosesi Trampın və onun ailə üzvlərinin hansı cəzalarla üzləşə biləcəyini müəyyən etməkdir.

Politico nəşri xəbər verir ki, əhər məhkəməyə pis əhval-ruhiyyədə gələn Donald Tramp, hətta dinləmə başlamazdan əvvəl məhkəmə işini “siyasi savaş” adlandıraraq bunun yalnız “banan respublikalarında” baş verdiyini vurğulayıb.

Keçmiş prezident dərhal hakimi həmişə onun əleyhinə qərar verməkdə ittiham edib, prosesi ədalətsiz adlandırıb və obyektlərin dəyəri ilə bağlı birbaşa cavablar əvəzinə brendin dəyəri ilə bağlı uzun monoloqlar səsləndirib.

The New York Times yazır ki, Tramıın İfadəsi tez bir zamanda tikanlı söz atışmasına çevrilib. Hakim az adamın bacardığı şeyi etməyə, Trampı susdurmağa çalışıb, lakin bacarmayıb. Sonda hakim Trampın vəkilindən tələb edib ki. Müvəkkilini susdursun.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Ən çox oxunanalar