Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın kürəkəni Yaxın Şərqi təhlükəyə atır - Səudiyyə Ərəbistanı nüvə silahı əldə etmək yolunda...

Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanla dost olan Donald Trampın kürəkəni Cared Kaşner Ər-Riyadın nüvə silahına sahib olması yolunda əngəlləri qaldırır

Serdar Turgut 18 fevral 2019-cu il
haberturk.com

Vaşinqtonun Səudiyyə Ərəbistanının nüvə elektrik stansiyası yaratmaq planına ABŞ-ın əngəl olmayacağını və hətta, bu planı dəstəkləyəcəyini bildirməsi Vaşinqtonda səs-küylə qarşılanıb.

Ağ Ev yönəticiləri hər nə qədər təminat verməyə çalışsalar da, bu planın sonucda nüvə silahı istehsalına aparıb çıxacağına şübhə edilir.

Konqresin reaksiyası

Ağ Evin təminatlarına baxmayaraq, hər iki partiyadan olan üzvlərin də imzası ilə Konqresin belə bir plana qarşı olmasını və rəhbərliyin də buna icazə verməməli olduğunu bildirən bir açıqlama yayılıb.

Bölgəmizdə İran ilə Səudiyyə Ərəbistanı arasında böyük bir müharibə yarada biləcək bu təhlükəli addımı atmaqda Trampın məqsədini anlamaq üçün bu rəhbərliyin İsrail ilə pərdə arxasında yaratdığı qaranlıq münasibəti yaxşı başa düşmək lazımdır.

Qaranlıq münasibətlər

Vaşinqtonda bu layihənin arxasında Prezident Trampın kürəkəni və müşaviri Cared Kuşnerin olduğu güman edilir. Kuşnerin atası İsrailin prezidenti Netanyahu ilə yaxın dostdur. Belə ki, Netanyahu xüsusi görüşlər üçün ABŞ-a gəldiyi zaman Kuşnerlərin Nyu Cersidəki evlərində qalır. Hətta onun Cared Kuşnerin əvvəlki yataq otağında qaldığı da məlumdur.

Bu yaxın dostluq münasibətini bilən Tramp prezident seçilən kimi İsrail ilə münasibətləri və Orta Şərq siyasətini əlaqələndirmək üçün kürəkəninə vəzifə verdi.

Məhəmməd ibn Salman

Kürəkən Kuşner Netanyahudan başqa, həm də Səudiyyə vəliəhdi kral Məhəmməd ibn Salmanla yaxın dostdur. Hətta, ikisinin, demək olar, hər gün "Whatsapp"da söhbət edəcək qədər yaxın dost olduqları hər kəsə məlumdur.

İsrailin Səudiyyə Ərəbistanı ilə iş birliyi içində Türkiyəyəyə və bölgədəki digər dövlətlərə qarşı qəsbkar siyasət yeritməsinin arxasında Cared Kuşnerin və həyat yoldaşı İvanka Trampın olduğu dəqiq bilinir.

Ağ Ev yönəticiləri isə Kuşnerin verdiyi təminatlara arxalanaraq İrana qarşı təcavüzkar siyasət həyata keçirməkdə və Səudiyyə Ərəbistanı ilə İsrailin İrana qarşı birlikdə hərəkət edəcəyini hesablayırlar.

Yalan olduğu bilinsə də İran nüvə sazişinə riayət etməməkdə günahlandırılır və haqsızcasına sanksiyalara yenidən məruz qalıb. Buna rəğmən Ağ Evdən Səudiyyə Ərəbistanına nüvə silahı əldə etmək imkanını yaradacaq addımların atılmasına cəhd edilməsinin pərdə arxasında bu cür qaranlıq münasibətlər var.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar