Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Rusiya prezidentini çəçələ barmağına dolayıb

Putin hələ də aldandığını başa düşmür

“Project Syndicate”

Nina Xruşşova

Son iki ildə çoxları Vladimir Putinin amerikalı vəzifədaşı Donald Trampı çəçələ barmağına doladığını düşünürdü. Ancaq bəlkə də əksinədir, Tramp Putini qabaqlayıb.

Tramp Putini həqiqətən, sevir, ya da bu, sadəcə gəlişigözəl sözdür. Tramp özünün hiperbolik real-TV tərzində Putinin güclü liderlik üslubunu tərifləyir və Amerika ilə Kremlin əlaqələrini inkişaf etdirə biləcəyi ilə öyünür.

Bu yay Helsinkidə keçirilən ikitərəfli zirvə görüşündə Tramp, ABŞ-da 2016-cı ilin prezident seçkiləri ilə bağlı Rusiyanın indi sənədləşdirilmiş müdaxiləsi məsələsinə, ABŞ təhlükəsizlik rəsmilərinin xilafına, sabiq KQB əməliyyatçısı olan Putinlə eyni rəyi bölüşüb. Putinin sözlərinə görə, o, Trampın qələbəsinə köklənibmiş (lakin, əlbəttə, Tramp üçün seçkiyə müdaxilə etməyib), çünki onlar ikitərəfli münasibətlərin inkişaf etdirilməsini arzulayıblar.

İndi Amerikanın dostluğuna Putinin həmişəkindən daha çox ehtiyacı var. Mart ayında prezident seçilməsinə baxmayaraq, onun etimad reytinqi 45%-dək azalıb. Ruslar 2014-cü ildə Rusiyanın Krımı ilhaq edilməsindən sonra başlayan, Trampın sələfi Barak Obamanın (başlanğıcda Putinin etimad reytinqlərini yüksəldən) tətbiq etdiyi iqtisadi sanksiyaların yaratdığı müdafiəsizliyə qarşı çıxır.

Rusiyadakı narazılıq səlahiyyətlilərin pensiya yaşını artırmaqla bağlı geniş diametrli islahatına görə coşub-daşır. Ukrayna və Suriyadakı davakar xarici siyasətdən və anti-Qərb təbliğatından ruslar sadəcə yorulublar.

Təəssüf ki, Putinin xeyrinə (Putinin Ağ Evə dəvəti də daxil olmaqla) bəzi diplomatik jestlərinə baxmayaraq, ikitərəfli əlaqələri yaxşılaşdırmaq üçün AB prezidenti çox az iş görüb. Trampın Amerikanın müttəfiqlərindən uzaqlaşması Putinin Qərbin zəifləməsi arzularına xidmət etsə də, bu addımların Putin naminə atılması ehtimalı yoxdur. Eyni zamanda, Tramp dövründə ABŞ Rusiyanın “əcinnə qanunları” kimi qınandığı əlavə sanksiyalar tətbiq edib.

Mart ayında İngiltərədə sabiq rus ikili casusu Sergey Skripal və qızının sinir agenti hücumuna cavab olaraq, Tramp administrasiyası sovet dövründən bu yana ən böyük sayda – 60 rus diplomatını xaric edib. Putin üçün bu hərəkət ağrılı idi.


Bununla yanaşı, Trampın alüminium və polad idxalına tarif qoyma qərarı, Rusiyanı hədəf almasa da, gələn il Rusiya iqtisadiyyatına 3 milyard dollara qədər zərər vuracaq.ABŞ Maliyyə Nazirliyinin növbəti ayda 20-dən çox rusiyalı fərdə və şirkətə, o cümlədən neft və alüminium maqnatları Oleq Deripaska və Aleksey Millerə qarşı sanksiyaları onlara bağlı şirkətlərin səhmlərinin qiymətdə düşməsinə səbəb olub. Avqust ayında Tramp administrasiyası bu məhsulların potensial hərbi tətbiqinə görə ABŞ şirkətlərinin Rusiyaya qaz trubinləri və elektron avadanlıq satmasını qadağan edib.

Bu yaxınlarda isə Tramp Soyuq müharibə dövründən yadigar qalmış ikitərəfli silahlara nəzarət razılaşmasından çıxmaq niyyətini açıqlayıb. Hər iki tərəf bir-birini həmin sazişi pozmaqda günahlandırır, amma silahlara nəzarətin sadələşdirmək fikri həmişə Trampa qədər təhlükəli sayılıb.

Kreml hələ də Trampın əlaqələri yaxşılaşdırma vədini yerinə yetirməməsinin təqsirini ABŞ Konqresdəki demokratlarda və Putinin obrazını əcaibləşdirən KİV-lərdə görür. Lakin həqiqətdə nə demokratlar, nə də KİV-lər Trampın təkamülünə sədd çəkmir.

ABŞ Konqresindəki respublikaçılara gəlincə, senatorlar Lindsi Qraham və Ted Kruz kimi şəxslər indi öz partiyasını tənqid edən Trampın ayaqqabılarını yalayır.

Trampın “xəyanəti”nə dair daha bir izah Kremlə kömək etməyə heç bir real marağının yoxluğu deyil, onun çılğın ritorikası, ağzının danışığını bilməməsi, reytinq arzusudur. Rusiya ilə məşğul olmaq əvəzinə, Tramp Çin prezidenti Siyə “kəllə vurur”, Amerikanın düşməni kimi təsvir etdiyi ölkəyə qarşı tam miqyaslı ticarət müharibəsi aparır.

Əlbəttə, dünya Trampın şıltaqlıqlarından bezar olub. Təəccüblü deyil ki, Putinin vəziyyəti belə rəftardan pisləşib. Casus karyerası olan bir şəxs Trampın vədlərinə necə aldana bilərdi?

Bununla belə, Putin Trampın hərəkətlərini görməməzliyə vurur və Parisdə I Dünya müharibəsinin 100 illiyi mərasimi və ya Argentinada G20 zirvəsində ABŞ prezidenti ilə görüşməyə can atır.

Putin düşünür ki, strateji cəhətdən qeyri-peşəkar Trampdan istifadə etməklə məqsədlərinə nail ola biləcək. Əslində, Tramp hər kəsi öz realiti-şou dünyasına sürükləyir. Xudbinlik, şişirtmə və yanlış məlumatlar yalnız bir əsas məqsədinə xidmət edir: kimsəsiz adada yeganə xilasedilən olmaq.

Putin, nəhayət, aldadıldığını başa düşdükdə, dünya siyasi qeyri-sabitlik, strateji təhlükə və ekoloji fəlakət girdabında olacaq. Elə Putin də.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar