Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toyunda vağzalı əvəzinə “Əsgər marşı” səsləndirən şəhid mayorumuzun evindən - Videoreportaj

Bəli, biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq əzmini itirməyib.

Qəhrəmanlıq an məsələsi deyil. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf deyilən heç nə yoxdur. O da təsadüfən seçməmişdi bu peşəni. Çətinliklərindən də, sonundan da xəbərdar idi əslində 44 yaşlı Anar Novruzov..

Baku TV şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub.

Ömür gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq, vətən uğrunda qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir. Anar Novruzovun toyunda vağzalı əvəzinə “Əsgər marşı”nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu.

Anar evə-eşiyə sığmazdı. O, cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac iki övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.

İndi artıq övladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.

Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, illər dəyişir, ancaq nə qəhrəman xalq, nə də namərd millət dəyişmir.

Ana övladını, oğul atasını, qadın həyat yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürurla, fəxrlə şəhid olan övlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və iki övladı yadigar qaldı bizə.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar