Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibdə inqilabi yenilik: arterial qanaxmanı 10 saniyəyə dayandırır - Video

Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb

“Hi-news” portalının yazdığına görə, aparılan tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb.

Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.

Lakin bir müddət əvvəl çinli alimlər hər iki problemi çözmüş hidrogel ərsəyə gətirib. Qanaxmaya qarşı hidrogel su, jelatin və müxtəlif zülalların sintezindən ibarətdir. Onun strukturu insanın birləşdirici toxumasına maksimal dərəcədə yaxındır.

Gelə ultrabənövşəyi şüa dəyəndə, bərkiyərək genişlənir və yaranı dərhal bağlayır. Beləcə, damarda qanaxmanın qarşısı alınır. Alimlərin dediyinə görə, unikal hidrogel 290mm-ə qədər olan təzyiqə tab gətirə bilir.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar