Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDYPİ sürücülərə çağırış etdi

“Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır”.

Poliqon xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciətində yer alıb. 

Bildirilib ki, dünyada eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

 
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar