Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Sunday Times: Netanyahunun növbəti döyüşü “siyasi dərisini” xilas etmək olacaq...

İsrailin Baş naziri Benyamin Netanyahu siyasi karyerasında kritik bir mərhələdən keçir...

Poliqon xəbər verir ki, bu barədə The Sunday Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Netanyahu “Dəmir qılıncların döyüşü” və “Var olma döyüşü” kimi pafoslu ifadələrdən istifadə edərək, Qəzzədəki hazırkı qarşıdurmanı İsrail üçün var olmaq savaşı kimi təqdim etməyə cəhd etsə də, bu pafos nə ictimaiyyət, nə də İsrail hökümətindəki nazirlərdə rezonans doğurmayıb.

Qəzet qeyd edir ki, İsrail əhalisi baş verənlərə görə əsasən Netanyahunun məsuliyyət daşıdığından əmindir və onun istefasının tərəfdarıdır. Sorğular Netanyahunun “Likud” partiyasına dəstəyin kəskin azaldığını göstərir və seçkilərin keçiriləcəyi təqdirdə keçmiş müdafiə naziri Benni Qantsın onun yerinə keçəcəyi ehtimal edilir.

Netanyahunun siyasi problemləri müharibədən əvvəl də göz qabağında olub. Onun Baş nazir kimi fəaliyyəti potensial 10 il həbs cəzası ilə nəticələ biləcək korrupsiya iddiaları müşaiyyət olunub və bu da onun 2021-ci ilin iyununda hakimiyyətini itirməsinə və 2022-ci ilin sonuna qədər müxalifətdə qalmasına səbəb olub. İfrat sağçı və ultra-dindar partiyaların koalisiyasının son qələbəsi onun vəziyyətini heç də asanlaşdırmayıb vəİsrail cəmiyyətində hökumətinin hüquq islahatlarına qarşı geniş etirazlar var.

Netanyahu hazırda hərbi kabinetə rəhbərlik edir, lakin o, hərbi qərarlar qəbul edərkən tez-tez arxa plana keçir və onun fikri heç də həlledici rol oynamır. The Sunday Times vurğulayır ki, müharibə şəraitində belə Netanyahu siyasi manevr və PR ilə fəal məşğul olur. İsrail hökuməti Qəzza münaqişəsi ilə bağlı təcili qərarlar alınmasının, o cümlədən qurudan hücumların miqyasını azaltmaq və HƏMAS-la girovların azad edilməsi üçün danışıqlar aparmağa üstünlük verir, lakin Netanyahu buna qarşıdır.

“Hazırda Netanyahu sağçı tərəfdaşlarının çətinlikləri ilə üzləşir, Amerikanın davamlı dəstəyinə ehtiyacı Fələstin Muxtariyyətinin Qəzzəyə qaytarılması ehtimalı ilə balanslaşdırılır. Bütün bunlar isə yaxın günlərdə təkcə adsız müharibəyə deyil, həm də Netanyahunun siyasi gələcəyinə, irsinə və şəxsi azadlığına ciddi təsir göstərəcək”, deyə The Sunday Times vurğulayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar