Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: Meta və Zukerberqin ləğvi zəruridir...

Açıq Bazarlar İnstitutunun Jurnalistika və Azadlıq Mərkəzi həyəcan təbili çalır...

Facebook ilk dəfə 20 il əvvəl kolleclər üçün sosial şəbəkə kimi fəaliyyətə başlayanda onun indiki kimi ola biləcəyinə dair heç bir işarə yox idi. İndi Meta adlandırılan şirkət informasiya və kommunikasiya sistemlərimizin kritik infrastrukturuna və ictimai sahəyə çıxışa nəzarət edir və rəqəmsal iqtisadiyyatın mərkəzidir.

Poliqon xəbər verir ki, bu barədə Açıq Bazarlar İnstitutunun Jurnalistika və Azadlıq Mərkəzinin direktoru Kortni Radş The Guardian” üçün yazdığı məqalədə bildirir.

Məqalədə qeyd edilir ki, kollec tələbələrini birləşdirmək məqsədilə yaranamış bir şirkətin psixi sağlamlığın pisləşməsi, soyqırım, zorakılıq və bütün dünyada anti-demokratik populizmin artmasına görə günahlandırılacağını kim proqnozlaşdıra bilərdi?

Məqalə müəllifinin fikrincə, biz atrıq bu vəziyyətə gəlib çatmışıq. Son on ildə sosial media şəbəkələri və kanalları narahatlıq, depressiya və asılılığın artması da daxil olmaqla özünə inamın və psixi sağlamlığın daha da pisləşməsinə gətirib çıxarıb.

“Meta-nın əsas məhsulları – Facebook, Messenger, Instagram və WhatsApp insan, narkotik və vəhşi heyvan alverini, həmçinin uşaqların cinsi istismarı və istismarı materiallarının yayılmasını asanlaşdırır. İnsanlar təbliğat, dezinformasiya yaymaq və informasiya müharibəsi aparmaq üçün sosial media və Meta mesajlaşma platformalarından istifadə edərək, informasiya ekosistemlərimizin və bütün dünyada seçkilərin bütövlüyünü pozurlar”, deyə Radş vurğulayır.

Təxminən 4 milyard insan müntəzəm olaraq Meta-nın əsas məhsullarından istifadə edir, bu da texnoloji nəhəngi data miningdən tutmuş rəqəmsal reklam və nəşriyyata qədər bir sıra sektorlarda ən güclü şirkətlərdən birinə çevirir. Məqalə müəllifi yazır ki, Meta bir çox ölkələrdə internetə çıxışa nəzarət edir və bütün dünyada məzmun yaradıcılarının, biznes və siyasətçilərin həyat qabiliyyətini və gəlirliliyini müəyyən edir.

“Əgər son 20 il bizə bu keçmiş başlanğıc texnoloji titanı haqqında bir şey öyrədbisə, bundan çıxış edərək, Meta və Zukerberqə birtərəfli şəkildə bəşəriyyətin gələcək dövrünü formalaşdırmağa icazə verə bilmərik. Texnologiya dünyası bu əlamətdar hadisəni qeyd edərkən, Meta kimi güclü texnologiya şirkətlərinin yaydığı zərərlərə görə məsuliyyət tələb etməyin və texnologiya nəhəngini fərdlərə, cəmiyyətə və iqtisadiyyata daha çox zərər vurmazdan əvvəl yıxmağın vaxtıdır. Əgər biz nəzarəti bərpa etmək və demokratiyanı xilas etmək istəyiriksə, Meta-nın rəqəmsal irsinin ləğvi zəruridir”, deyə məqalə müəllifi fikrini yekunlaşır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar