Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranda üçlü zirvə - Rusiya, Türkiyə və İran razılığa gələ biləcəkmi?

Rusiya və İranın mövqelərinin Türkiyənin mövqeyinə yaxınlaması üçün münbit şərait görünürmü?..

Politoloq: “İranda Rusiya və Türkiyə prezidentlərinin Tehran görüşü Astana formatında müzakirələrin davamı kimi qiymətləndirilə bilər”.

“Güman edirəm ki, Türkiyə o şərtlə hərbi əməliyyatları təxirə sala bilər ki, Tehran və Moskva etibarlı təminatlar versinlər. Əks halda Türkiyə onları fakt qarşısında qoyacaq və hərbi əməliyyatlara başlayacaq”.

Bu sözləri politoloq Zaur İbrahimli Tehranda Rusiya, Türkiyə və İran liderlərinin gözlənilən görüşlərini PİA.az-a şərh edərkən qeyd edib.

Kreml iyulun 19-da Tehranda Rusiya, Türkiyə və İran liderlərinin görüşünün olacağı barədə məlumat yayıb. Zirvə görüşünün əsas mövzusunun Suriya olacağı gözlənilir.

Bu görüşdən əldə olunacaq hər hansı bir nəticə gözləmək olar və görüş Türkiyənin Suriyada yeni əməliyyat planınına olan zərurəti ortadan qaldıra bilərmi? Yəni Rusiyaİranın mövqelərinin Türkiyənin mövqeyinə yaxınlaması üçün münbit şərait görünürmü?

Rusiya-Türkiyə-İran münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İndiki mürəkkəb bir şəraitdə hər üç ölkənin Suriyada üz-üzə gəlməsi də heç bir tərəf üçün əlverişli deyil”.

Hazırda Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamağın hər iki ölkənin marağında olduğunu düşünən politoloq PİA-a açıqlamasında qeyd edib ki, Türkiyənin loyal mövqeyi və Rusiyaya qarşı cəbhədə yer almaması Kreml üçün çox vacibdir. Həmçinin Ankarının Tehrana qarşı sanksiyalarda iştirak etməməsi, iqtisadi əməkdaşlığın davam etməsi İran üçün mühüm məsələdir:

İranda Rusiya və Türkiyə prezidentlərinin Tehran görüşü Astana formatında müzakirələrin davamı kimi qiymətləndirilə bilər. İran Türkiyənin Suriyanın Şimalında Məmbic və Təl Rifat bölgəsində PPK, YPG, PYD terrorçularına qarşı hərbi əməliyyatlar aparmaq planalrına qarşı sərt mövqeyi ilə seçildi. Moskvadan daha təmkinli açıqlamalar verildi.

Hazırda Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaq hər iki ölkənin marağındadır. Türkiyənin loyal mövqeyi və Rusiyaya qarşı cəbhədə yer almaması Kreml üçün çox vacibdir. Həmçinin Ankarının Tehrana qarşı sanksiyalarda iştirak etməməsi, iqtisadi əməkdaşlığın davam etməsi İran üçün mühüm məsələdir. Hər üç ölkənin Suriyada maraqları kəsişsə də, digər vacib istiqamətlərdə ortaq maraqları var.

Zaur İbrahimli: “Tehranda Türkiyəni bu və digər dərəcədə razı salacaq anlaşma əldə etmək mümkün olacaq”.

Eyni zamanda indiki mürəkkəb bir şəraitdə hər üç ölkənin Suriyada üz-üzə gəlməsi də heç bir tərəf üçün əlverişli deyil. Bununla belə, Türkiyənin təhlükəsizlik qayğıları var və bu maraqlar nəzərə alınmaya bilməz. Ankara bu məsələdə qəti mövqe ortaya qoyub. Moskva və Tehranda bu maraqlar nəzərə alınmalıdır.

Güman edirəm ki, Türkiyə o şərtlə hərbi əməliyyatları təxirə sala bilər ki, Tehran və Moskva etibarlı təminatlar versinlər. Əks halda Türkiyə onları fakt qarşısında qoyacaq və hərbi əməliyyatlara başlayacaq. Düşünürəm ki, Tehranda Türkiyəni bu və digər dərəcədə razı salacaq anlaşma əldə etmək mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar