Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təbii qaz üzrə artırılmış limit necə tətbiq olunacaq

Tarif Şurası açıqlama verib

Bu gündən 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) qaz istehlakından aşağı tariflə yararlanacaq.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov bildirib.

“Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılmış, dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilən iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaqdır. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaqdır”, - deyə C.Nəcəfov bildirdi.

Artırılmış limitin tətbiqinə gəlincə, o qeyd etdi ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcəkdir. Misal üçün: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcəkdir. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaqdır.

C.Nəcəfovun sözlərinə görə: “Əgər abonent il ərzində müəyyən olunan yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m X 20 qəpik olmaqla həyata keçiriləcəkdir”.

Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.

“Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir”, - deyə C.Nəcəfov vurğuladı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar