Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxs saxlanılıb - Yenilənib

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində azərbaycanlı sahibkar Roman İsayevi güllələyən şəxs saxlanılıb...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yerli mətbuata açıqlamasında bildirilib.

Qeyd olunub ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

***

Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

***

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.

APA-nın Gürcüstan bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iş adamı güllələnib. Onun xəstəxanaya çatdırıldığı, şübhəlinin isə ərazidən qaçdığı bildirilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları səfərbər ediliblər.

İnsidentin motivləri hələki məlum deyil. Faktla bağlı istintaq başladılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Ən çox oxunanalar