Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tbilisidə Azərbaycana dəstək aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, Heydər Əliyev adına parkdan başlayan yürüş Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında başa çatıb. Yürüş iştirakçıları yol boyu Azərbaycan dövləti və Azərbaycan silahlı qüvvələrinə dəstək şüarları səsləndiriblər.

Səfirliyin binası önündə aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti adından təşəkkür edib.

Böyük Vətən Müharibəsində Azərbaycan Ordusunun zəfər çalmaqda davam etdiyini bildirən diplomat deyib: "Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı azad edəcəkdir".

O, soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.

Aksiya "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!" şüarları ilə başa çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar