Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbərliyinə daha bir cinayət işi açılıb

Dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov və şirkətin vəzifəli şəxsi Eynur Xudiyevə daha bir cinayət işi açılıb

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azər Paşayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. İş üzrə 6 zərərçəkmiş şəxs var.

Qeyd edək ki, həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər.

Hər iki şəxs bundan qabaq da eyni əməllərlə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. E. Məhərrəmov 14 il, Eynur Xudiyev isə 11 il azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, birinci cinayət işlərində zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ən çox oxunanalar