Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış futbolçumuzun atası həbs olundu - 17 il

Tanınmış futbolçu Nurlan Novruzovun atası, arvadını və özünü güllələyən Zahid Novruzova hökm oxunub...

PİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun hökmü ilə Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.

Daha sonra özünü başından vuraraq öldürmək istəyərkən silah əlindən çıxıb və güllə onun boğazından dəyib. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər Z.Novruzovun həyatını xilas edə biliblər.

Professional futbolla məşğul olan Nurlan Novruzov Azərbaycanda "Səbail", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.

N.Novruzov məhkəmədə ifadə verərkən uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb.

"Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verəcək. Mənim anam bir mələk idi. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar