Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellekt məşhur dil öyrənmə platformasının minlərlə əməkdaşını işsiz qoydu - Foto

Məşhur dil öyrənmə platforması “Duolingo” minlərlə tərcüməçinin ixtisar edilməsinə səbəb olub...

Belə ki, “yaşıl bayquş” tərcümə tapşırıqlarını yerinə yetirmək üçün süni intellektə etibar etmək qərarına gəlib.

Bu barədə ixtisara düşən işçilərin sosial şəbəkə paylaşımlarından aydın olub.

Bir istifadəçi, hətta şirkət tərəfindən onlara göndərilən ixtisarın təfərrüatını açıqlayan elektron məktubun ekran görüntüsünü paylaşıb. Məktubdan aydın olub ki, əsas komanda üzvlərinin dördündən ikisi qalacaq, onlar da süni intellektin tərcümələrinin düzgünlüyünə nəzarət edəcəklər.

Qeyd edək ki, dünyanın hər yerində insanlara xarici dilləri öyrədən, həmçinin tərcümələr həyata keçirən “Duolingo” beynəlxalq şirkəti 2011-ci ildə yaradılıb. Hər şeydə qabaqcıl olan şirkət süni intellekti ilk tətbiq edənlərdən biri idi. Əvvəlcə bundan sadəcə istehsal planlarını, tələbələr üçün tapşırıqları, ümumiyyətlə, kiçik şeyləri tərtib etmək üçün istifadə olunurdu, amma belə görünür ki, sonradan şirkət maliyyədə də qənaət etmək qərarına gəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb - Yenilənib

Ən çox oxunanalar