Bazar ertəsi, 10 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sümüklərim parçalanır”: Saakaşvili səhhətinin pisləşməsindən danışıb

Saakaşvili: İki dəfədən çox çəki itirməyim, bədənimdə maddələr mübadiləsinin inkişafını təhdid edir…

Poliqon.info xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Britaniyanın “Sky News” telekanalına müsahibə verib. Müsahibəsində siyasətçi bildirib ki, çəkisi demək olar ki, iki dəfə azalıb. Həkimlərin proqnozlarına görə, daha çox kilo itkisi çoxlu orqan çatışmazlığına səbəb ola bilər. Saakaşvilinin sözlərinə görə, o, daim yataqdadır və özünü çox pis hiss edir.

Telekanal qeyd edib ki, onların əməkdaşına xəstəxanada Saakaşviliyə şəxsən baş çəkməsinə icazə verilməyib, lakin ona vəkil vasitəsilə suallar verilib və o, yazılı cavab verib.

“Əvvəlcə 120 kiloqram idim, indi 64. Çəki 60-dan aşağı olarsa, həkimlər orqanizmimdə maddələr mübadiləsinin çatışmazlığını proqnozlaşdırırlar. Mən həmişə yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, deyə Saakaşvili bildirib.

Öz növbəsində siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib ki, Gürcüstanın eks-prezidentinin vəziyyəti hər gün daha da pisləşir və indi o, faşist Almaniyasındakı konslagerdəki məhbus kimi görünür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

DSX-nin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib

İranla sərhəddə həlak olan mayor başçının əmisi oğludur

Toyda qardaşın hərəkəti gündəm oldu - gəlinin arxasınca... - Video

Ağır qəza: biri azyaşlı olmaqla 2 nəfər ölüb, yaralılar var- Yenilənib, Foto

Həştərxanda Rusiyanın yeni nəsil qırıcısı vurulub

""Uşaqpulu verilsin!" demək asandı, sənəd, FAKT qoyun ortaya..."

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Şifrəsiz "Wi-Fi"lara qoşulanlara xəbərdarlıq - Bank kartınızın məlumatları oğurlana bilər

Ən çox oxunanalar