Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda körpələr evi-uşaq bağçasında əmək haqlarının düzgün ödənilməməsi araşdırılıb

Aparılan araşdırmanın nəticəsi açıqlanıb...

Sumqayıt şəhəri, 65 nömrəli körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən əmək haqlarının düzgün hesablanıb ödənilməməsi barədə aparılan araşdırmanın nəticəsi açıqlanıb.

PİA.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat paylaşıb. Onun sözlərinə görə, Nəzərli Sevda Fikrət qızının müdiriyyəti tərəfindən əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdiyi müraciət araşdırılıb və cavablandırılıb:

“Bildiririk ki, S.Nəzərli orta ixtisas təhsillidir. Təhsil sahəsinə aid olan Vahid–Tarif İxtisas Sorğu Kitabçasına əsasən orta ixtisas təhsilli tərbiyəçilər üçün əməkhaqlarının ödəniş dərəcəsi 12-ci dərəcə ilə ödənilir.

S.Nəzərli tarif maaşı ilə yanaşı, ilin müəyyən vaxtlarında əvəzçilik üzrə işlədiyi iş saatlarına görə əmək haqqına əlavə alıb. Vətəndaşın narazılığı da məhz əvəzçiliyin daimi verilməməsi, verildiyi halda əmək haqqına əlavənin miqdarının düzgün hesablanmaması ilə bağlıdır. Qeyd edək ki, əmək haqqı və ona əlavə işçinin işlədiyi iş saatlarına uyğun olaraq tənzimlənir.

Qanunvericiliyin izahı və müraciətinin öz iştirakı ilə araşdırılması üçün Sevda xanım DƏMX-in Abşeron-Xızı regional şöbəsinə dəvət edilsə də, o müraciətinə dair izahat verməkdən, müvafiq sənədləri (əməkhaqlarının ödənilməsinə dair bank çıxarışı) təqdim etməkdən imtina edib.

Araşdırmanın nəticəsində təqdim olunmuş sənədlərə əsasən müəyyən olunub ki, onun maaşının hesablanıb ödənilməsi qanunvericiliyin tələblərinə uyğun təmin edilib”.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar