Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 il sonra kimliyi müəyyən edilən şəhid İbad Musayevin qalıqları Lənkəranda dəfn olunub - Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları dəfn edilib...

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidin qalıqları Lənkəran rayonunun Şağlaser kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidlə doğulduğu Lənkəran rayonunun Şağlaser kəndində vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid İbad Musayevin qalıqları Şağlaser kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musarza oğlu Musayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

İbad Musayev 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar