Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib - Yenilənib   

1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib...

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib.

***

Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

APA xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib.

Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.

Onun vəziyyəti ağırdır.

***

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən xəbərə görə, martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: Sumqayıt Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar