Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SN qızılca ilə bağlı hamilələrə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi xəbərdarlıq edir...

Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyev bildirib. Onun sözlərinə görə, hamiləlikdə də əsas yoluxma mənbəyi hamilənin xəstə insanla kontaktda olmasıdır:

"Xəstəliyin hamiləliyə təsiri yoluxma müddətindən asılı olaraq dəyişir. İlk trimestrdə inkişafdan qalmış hamiləliyə, özbaşına düşüklərə səbəb olur.

Əgər hamiləlik dövründə xəstəlik inkişaf edirsə, bu zaman uşaqda mərkəzi sinir sisteminin zədələnmələri, mayalanma dövrünə təsadüf etdiyi təqdirdə isə xromosom anomaliyalarının yaranmasına gətirib çıxara bilər. İkinci trimestrdə isə vaxtından əvvəl doğuş ilə nəticələnə bilər. Bəzən tam sağlam uşaqlar da doğula bilər. Qızılca zamanı ağciyər pnevmoniyasının inkişafı riski hamilələrdə yüksək olur.

Xəstə insanla kontaktda olmuş hamilə təcili şəkildə həkimə müraciət etməli və 72 saat ərzində ona qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır".

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Ən çox oxunanalar