Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzovun "çətin imtahan və ağır çanta" tənqidlərinə reaksiyalar

1-ci sinfə qəbul olunan uşaqlara bəzən elə suallar verilir ki, onların cavablarını valideynlər də bilmir...

“Məktəblərin əksəriyyətində 1-ci sinfə qəbul zamanı uşaqdan imtahan götürülür. Burada verilən sualların yanında ali məktəblərə qəbul imtahanlarında verilən suallar yalandır. Uşaq məktəbə, 1-ci sinfə təhsil almağa gəlir. Bu uşaq suallara haradan cavab versin?” Bu sözləri Milli Məclisin ötən gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, əksər məktəblərdə mövcud vəziyyət bu cürdür və nəticədə bəzən ərazidə yaşayan vətəndaşların uşaqlarını həmin məktəblərə götürmürlər: “Bunu da onunla əlaqələndirirlər ki, məktəbin səviyyəsi aşağı düşəcək. Məktəbləri tikib, istifadəyə veriblər. Oradakıların vəzifəsi uşaqları öyrətməkdir”.

Siyavuş Novruzov məktəblilərin çantalarının ağır olmasından da söz açıb: “Digər tərəfdən, artıq uşaqlara ”çantadaşıyan" tuturlar. 12 kq-lıq çantanı uşaq necə götürsün?!" Deputatın təhsillə bağlı son iradı isə pullu təhsil sistemində maliyyə ilə bağlı olub: “Pullu təhsil sistemində pulun haralara getdiyi açıqlanmalıdır. Şəffaflıq təmin olunmalıdır”.

Məsələ ilə bağlı “Yeni Müsavat” təhsil ekspertlərinin rəyini öyrənməyə çalışıb.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı qeyd edib:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasnın Konstitusiyası və ”Təhsil haqqında” Qanuna görə hər kəsin təhsil almaq hüququ var. Dövlət də hər kəsin icbari təhsil almaq hüququnu təmin edir. Lakin təəssüflər olsun ki, bəzən bu təmin olunmur. Əsaslandırma da ondan ibarət olur ki, 1-ci sinfə qəbulda imtahan yalnız rus bölməsinə aid olur, ona görə ki, rus dilində oxuma-yazma, dinləmə qabiliyyəti olmayan uşaqlar rus bölməsinə gəlirlər. Əslində təhsilin məqsədi öyrənmək, öyrətməkdir. Amma Təhsil Nazirliyi bildirir ki, siz artıq məktəbə gələndə hazır olmalısız.

Doğrudur, verilən suallar əsasən oxuma-yazma, təbiət, cəmiyyət haqqında informasiyalarla bağlı olur. Lakin həqiqətən də bir çox hallarda 5-6 yaşlı uşaqlardan məntiqi informasiyalar soruşulur. Hətta məktəqəbəqədər hazırlıq kurslarına gedəndə belə uşaqlar imtahanlar edilir. Düşünürəm ki, bu imtahanlar ləğv edilməlidir. Hər kəs öz istəyinə uyğun və təbii ki, məktəbdə yer varsa hər kəs məktəbə qəbul olunmalı, təhsil almalı və bu onun hüququdur".

Kamran Əsədov çantalarla bağlı da öz təkliflərini bildirib:

“Hər zaman qeyd etmişik ki, şagirdlərin istifadə etdikləri çantaların çəkisi kifayət qədər ağır olur. Bundan başqa, dərsliklərin çəkisi standartlara uyğun deyil, informasiya yükü çoxdur və bunlar sadələşdirilməlidir. Həmçinin dərsliklərin materialı da çəkiyə təsir edir. Hər zaman təklif etmişik ki, şagirdlərə dərsliklər iki nüsxə olaraq verilsin. Bir nüsxə məktəbdə, digəri isə evdə qalsın. Bu zaman şagirdlər artıq ağır çanta daşımaq məcburiyyətində qalmayacaqlar. Məlum olduğu kimi, ağır çanta uşaqlarda onurğa əyriliyi, skerloz xəstəliyi yarada bilir”.

Kamran Əsədovun sözlərinə görə, ölkədə nəinki özəl, dövlət ali təhsil müəssisələrində belə vəsaitlərin xərclənməsinin şəfafflığı təmin edilməyib:

“2019-cu ildə 54 faiz, 2020-ci ildə isə 50 faiz qəbul olunanlar ödənişsiz əsaslarla təhsil alırlar. Lakin yerdə qalanlar ödənişlə oxuyur. Amma təhsil müəssisləri, xüsusən də dövlət ali müəssisələrində maliyyənin şəffaflandırılması məsələsi yoxdur. Həmçinin təhsil haqlarını formalaşdıran amillər də izah edilmir. Məsələn, 2000-3000 manat təhsil haqqı hansı xərclərə görə tətbiq edilir, bunu izah edən yoxdur. Və təhsil haqları ildən-ilə artır.

Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları dünya reytinqinə əsasən 10-15 dəfə çoxdur. Lakin təhsil səviyyəsinə görə təhsil müəssisələrimizin adı heç bir dünya reytinqlərində yoxdur. Təəssüf ki, bu, özəl liseylərə də aiddir. İnanıram ki, ən azı növbəti ildən maliyyə şəffaflığı ortaya qoyulacaq".

Məlahət Mürşüdlü

Təhsil eksperti Məlahət Mürşüdlü isə bunları qeyd edib: “Siyavuş Novruzovun təhsillə bağlı iradlarını biz ekspertlər dəfələrlə müzakirə edib, təkliflərimizi bildirmişik. Tamamilə razıyam ki, 1-ci sinfə gələn uşaqlara yaşına və psixologiyasına uyğun olmayan suallar da verilir. Bu suallar uşaqları çaşbaş salır və bəzən heç valideynlər də bu suallara cavab tapa bilmirlər. Bununla bağlı bizə də müraciətlər olunur. Lakin düşünürəm ki, sorğu-sual olmalıdır. Çünki məqsəd 1-ci sinfə gələn şagirdi təhsildən kənarda qoymaq deyil, valideylərin övladlarını məktəbə hazırlamağa sövq etməkdir.

Çoxlu sayda uşaqlar var ki, onlar bağçalara gedə bilmirlər. Çünki ölkədə bağçaların sayı yetərincə deyil. Xüsusən də kənd yerlərində bağçaların sayı çox az olur. Hazırlıq sinifləri də bütün məktəblərdə mövcud deyil və uşaqların sayını yetərincə əhatə edə bilmir. Ona görə də burada ən böyük məsuliyyət valideynin üzərinə düşür.

Şəxsən mən imtahan müsabiqəsində iştirak etmişəm. Müsabiqə zamanı uşaqdan soruşurlar ki, “şam ağacında nə bitər?” Uşaq cavab verib ki, “alma”. Bu sual axı çətin deyil. 6 yaşında uşaq artıq bilməlidir ki, şam ağacı nədir və onda nə bitir. Və yaxud çətir nə üçün götürülür? Bəzən uşaqlar bu cür elementar suallara cavab verə bilmir. Bu nədir?

Bu, valideynin uşağının dünyagörüşünün genişlənməsinə maraq göstərməməsidir. Ona görə də düşünürəm ki, müəyyən şəkildə bu müsabiqə keçirilməlidir. Amma bu müsabiqələr heç bir şəkildə uşağın məktəbdən qalmasına, təhsil almasına mane yaratmamamlıdır. Və düşünmürəm ki, bu günə qədər hansısa uşaq müsabiqəyə görə təhsildən kənarda qalsın.

Çantalarla bağlı məsələyə gəldikdə isə müşahidə edirik ki, məktəbə gedən hər bir şagirdin yanında valideyn olur. Çünki 10-12 kiloqramlıq çantanı şagird daşıya bilmir. Bu yük uşağın çəkə biləcəyi yük deyil. Hər gün dərslikləri aparmaq uşağın fiziki sağlamlığına təsir edir. Türk məktəblərində hər sinfin bir kitab şkafı var. Uşaqlar hər dərsliyi evə aparmırlar. Ona görə ki, müəllim dərsi dərs zamanı tam başa salır, tapşırıqları birgə edir. Şagird yalnız evdə nəsə əlavə öyrənmək istədikdə kitabı evə aparır. Ümumiyyətlə, bizim metodikamızda ən böyük çatışmazlıqlardan biri ondan ibarətdir ki, müəllim evə çoxlu tapşırıq verir və şagird 6 dərsliyin 6-sını da məktəbə aparıb, evə qaytarmaq məcburiyyətində qalır. Amma yeni metodika ondan ibarətdir ki, dərslər ancaq məktəbdə keçirilməli, ev tapşırığı verilməməlidir. Müasit metodikada ən yaxşı müəllim evə tapşırıq verməyən müəllimdir. Bu onu göstərir ki, müəllim var-gücü ilə yeni dərsi uşaqlarla dərsdə keçir. Üçüncü məsələ ilə bağlı onu qeyd edə bilərəm ki, dövlət məktəblərində icbari təhsil pulsuzdur. Ödənişli məktəblər isə valideynlərin qarşısında şəffaf maliyyəni ortaya qoya bilər. Şəffaflıq təmin olunanda söz-söhbət də olmur. Bunu etmək o qədər də çətin deyil".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

İsraildən qalmaqallı açıqlama: Türkiyə NATO üzvü ola bilməz

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar