Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi İslamın çöküşü - Xalqın yazı Patriarxın payızıdır...

Siyasi islam fanatikliyinin əzici, avtoritar, faşist təzyiqləri altında boğulan ictimai müxalifətin, qadınların, gənclərin, dünyəvi, sekulyar, demokratik qüvvələrin mübarizəsi siyasi islamçıları geri atıb

İbrahim Varlı,
“Bir Gün” qəzeti, Türkiyə, 2 aprel 2019-cu il

Bir layihə kimi qəbul etdirilməyə çalışdırılan siyasi islam anlayışı artıq məğlub olmağa başlayır. Eynilə bütün Yaxın və Orta Şərqdə olduğu kimi. Bu məğlubiyyətin sədaları çox öncədən eşidilirdi. Sadəcə olaraq ağır keçən seçkilər bu vəziyyəti bir daha ortaya çıxardı. Bundan 17 il əvvəl iqtisadi krizisin təsiri, imperialist, qlobal qüvvələrin icazəsi ilə rəhbərliyə gələn siyasi islamçılar üçün bu, sonun başlanğıcıdır.

Əlbəttə ki, bu, hər şeyin bitdiyini göstərmir. Bu, hələ başlanğıcdır. Keçən gündən etibarən yıxılmaz hesab edilən qorxu imperatorluğunda bir deşik əmələ gəlib. Siyasi islam fanatikliyinin əzici, avtoritar, faşist təzyiqləri altında boğulan ictimai müxalifətin, qadınların, gənclərin, dünyəvi, sekulyar, demokratik qüvvələrin mübarizəsi siyasi islamçıları geri atıb.

İmperializmin dəstəyi və daxildəki “kifayət deyil, amma olsun”, deyənlərin də yardımı ilə Türkiyədə iqtidara gələndən bu günə qədər siyasi islamçılar ölkənin siyasi-ictimai həyatına, tarixi təcrübəsinə, proqressiv qazanclarına həmişə hücum ediblər. Lakin onlara verilən qlobal, regional missiyanı bu günə qədər “layiqli” şəkildə yerinə yetirən siyasi İslamın da qısa bir ömrü vardı və son istifadə tarixi bitmək üzrədir.

Çoxdan məğlub olmağa başlayıblar

Tunisdəki Nahda hərəkatının lideri Rəşid Qannuşinin 2016-cı ilin iyununda “Ərəb Baharı”ndan sonra Tunisdə siyasi İslama yer olmadığını rəsmən elan edib: “Avtorutar islamdan imtina edib, demokratik islama keçid edirik. Siyasi islamı təmsil etməyi buraxıb, müsəlman demokratlar olduğumuzu bildiririk”.

Bir layihə kimi ortaya çıxan siyasi islam regiondakı xalqların müqavimətinə tuş gələrək öz yuvasına geri dönmək məcburiyyətində qalıb.

Qardaşlığı təmsil edən siyasi islam bütün qolları ilə iflas edib

Yaxın və Orta Şərq xalqlarının başına bəla olan siyasi islamçılar ilk dəfə Suriyada məğlub olmuşdular. İmperialistlərin də dəstəyi ilə ölkəni qan gölünə çevirmələrinə baxmayaraq, aradan keçən 8 il müddətində istədiklərini əldə edə bilmədilər. Misirdə “Müsəlman Qardaşlar”, Tunisdə də “Nahda” vasitəsilə əldə edilən müvəqqəti zəfər də qaçınılmaz sonlarına əngəl ola bilməmişdi. Tunisdə siyasi İslamçı iqtidar ancaq 2 il tab gətirə bildi. İctimai-siyasi müxalifətin böyük müqavimətindən sonra uzlaşmaq məcburiyyətində qaldılar. Misirdə “Müsəlman Qardaşlar”ın iqtidarı 1 il sonra devrildi. NATO-ABŞ dəstəyi ilə üzərinə getdikləri Liviyanı xaos, separatçılıq və şiddətin hökm sürdüyü şəraitdə cəhənnəmə çevirsələr də, istədiklərini ala bilmədilər.

Yəmən də bənzər şəkildə müharibəyə sürüklənib. Sudanda Əl-Bəşirin liderliyindəki siyasi islamçılar tarixin ən çətin günlərini keçirir. Bəşirin diktatorluğuna qarşı aylardır etirazlar keçirilir. Qəzzada, Mərakeşdə, Əl-Cəzayirdə də taleyi eynidir. Şübhəsiz ki, çıxan nəticələrin təkcə daxili siyasətə deyil, xarici siyasətə də təsiri olacaq. İlk nəticələrin açıqlanması ilə birlikdə, Qərbdən gələn açıqlamalar da bunun göstəricisidir. Bu günə qədər siyasi İslamçı rejimi dəstəkləyən aktyorlar mövcud vəziyyətdə heç iştirak etməmiş kimi əks mövqeyə keçməyə başlayıblar.

Patriarxın payızı

Kolumbiyalı məşhur yazıçı Qabriel Qarsia Markes “Patriarxın payızı” adlı romanında universal bir diktator portreti yaradarkən, kiçik bir Latın Amerika ölkəsində öz zorakılığının içində ilişib qalmış bir diktatorun hekayəsini diqqətəlayiq bir şəkildə təsvir edir. Ölmək üzrə olan bir diktatorun - “yer üzündəki ən yanlız insan”ın portretini ifadə edərkən bütün diktator rejimlərində müşahidə edə biləcəyimiz bu tək obraz patriarxallığın və onun çevrəsindəki kukla hökumətin təsviri ilə əsər boyunca vurğulanır.

Markes xəyali bir ölkənin, xəyali diktatorundan bəhs edir. Lakin bir az diqqətlə baxdıqda bu diktator sizə çox tanış gələ bilər. Amma əsas vacib olan budur ki, özünü tanrılar səviyyəsində görən Patriarxın kiçik bir tanrı olaraq sağlam iqtidarı varmış kimi, görünsə də əslində, belə deyil. O, gücünü, sarsılmaz qüdrətini özünə tabe olanlardan alır. Patriarxı yaradanlar onun şiddətinə boyun əyənlərdir. Ancaq nə etsələr də, Patriarxın qaçınılmaz sonu yaxınlaşır. Xalqın yazı Patriarxın payızıdır...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Türkiyə İslam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar