Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sistanidan İraq Baş Nazirinə xəbərdarlıq: “İrandan uzaq durun!”

O bildirib ki, Sistani Mehdi Əl-Həlbusidən İraqı İran və Amerika arasında döyüş meydanına çevirməməyi və rəsmi Tehrandan uzaq durmağı tələb edib

İraqlı tanınmış din xadimi Sistani ölkə rəsmilərinə müraciət edərək, onlardan İrandan uzaq durmalarını tələb edib.

İraq yerli media orqanlarının məlumatına əsasən, bir neçə gün öncə Sistani öz yaxın adamı olan sabiq deputat Əlbülhadi Əl-Həkimi ölkə rəhbərlərinin yanına göndərib. Baş Nazir Adil Əbdülmehdi, prezident Bərhəm Salih və parlamentin spikeri Mehdi Əl-Həlbusi ilə görüşən Əl-Həkim onlara Sistaninin mesajını çatdırıb.

İraqın qeyd edilən siyasi liderləri Əl-Həkim ilə görüşdən sonra yaydıqları bəyanatda yalnız aparılmış müzakirələrin ümumi məzmununu açıqlamaqla kifayətləniblər. Onlar Sistaninin mesajının nədən ibarət olduğu barədə detalları açıqlamayıblar.

İraqın adının açıqlanmasını istəməyən rəsmilərindən birinin “Əl-Ərəbi Əl-Cədid” agentliyinə dediklərinə görə, Əl-Həkim Sistanidən rəsmilərə maraq doğuran mesajlar çatdırıb, hansı ki, onlardan ən mühümü Baş Nazirə veriləndir.

Bu xəbərdarlığın həm də İraqda İranın himayə etdiyi şiə yaraqlılarına da mesaj olduğu bildirilir. Lakin onların bu xəbərdarlığa əməl edib- etməyəcəkləri məlum deyil.

Digər tərəfdən, iraqlı millət vəkili Fəttah Əl-Şeyx də İranla yaxın münasibətləri olan siyasətçilərə müraciət edərək, onları ayıq və ehtiyatlı olmağa, eləcə də ölkəyə yaxşı sonluq bəxs etməyəcək məsələlərdən və rəsmi Tehrandan uzaq durmağa çağırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar