Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində iki şəhidin anım, iki şəhidin doğum günü qeyd olundu - Fotolar

Şirvan şəhərində Vətən müharibəsinin iki şəhidinin anım, iki şəhidinin doğum günü qeyd olunub.

12 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun anım, Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Tədbir iştirakçıları şəhid məzarlarının önünə tər qərənfillər düzüb, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun, Röyal Məmmədovun və Əli Mənəflinin məzarları qarşısında çıxış edərək belə qəhrəman, mərd və şücaətli oğul böyütdükləri üçün şəhidlərin valideynlərinə minnətdarlığını  bildirib. Torpaqlarımızın  azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayıb. Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 gün ərzində dünyanı heyrətə salan döyüş əməliyyatlarınd an və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına rəsmi səfərinin əhəmiyyətinində n, imzalanan sənədlərin iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi və möhkəmlənməsind əki rolundan danışıb. Türk xalqlarının dostluğunun vacibliyini, Vətən müharibəsində Türkiyə Respublikasının  Azərbaycan dövlətinə dəstəyini xüsusi vurğulayıb. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına  göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilmə si istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-qurucul uq və yenidənqurma işlərindən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının  mənəvi borcu olduğunu diqqətə çatdırıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif çıxış edərək, Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiy ini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduğunu bildiriblər. Şəhidlərimizin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyyəsində xüsusi əhəmiyyətini qeyd ediblər.
Ziyarətin sonunda vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsinin şəhidləri Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə tədbir keçirilib.

Vətənimizin müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Röyal Məmmədovun, Əli Mənəflinin həyat yolundan, döyüşlərdəki xidmətlərindən danışıblar. Şəhidlərin doğmaları və dostları onlar haqqında əziz xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident , hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlar ını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Fotolar

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar