Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Poliqon.info xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, aztəminatlı ailələrin nümayəndələri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirakçıları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb. İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini söyləyib. Milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə bütün dini bayramların, o cümlədən də Ramazan bayramının hər il təntənə ilə qeyd edildiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında şəhidlərimizin böyük xidməti olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. İlqar Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, yaxınlarına bir daha başsağlığı verib, onlara səbir diləyib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.

Mərasim boyu Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazisi Hüsnü Həsənov, Şirvan şəhər Həzrət Əbəlfəzl məscidinin imamı Şahəli Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayının fəzilətlərindən danışıblar.

İftar süfrəsi zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə şəhid ailələri adından şəhid atası Alim Zülfüqarov ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar