Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər

Yapon klimatoloqları müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri altında Sibir və Uzaq Şərqin cənub rayonlarında meşə yanğınlarının artması Avrasiyanın şimalında orta temperaturun təxminən 0,3 dərəcə azalmasına səbəb olacaq...

“Report” xəbər verir ki, bu barədə Hokkaydo Universitetinin mətbuat xidməti məlumat yayıb.

Hokkaydo Universitetinin (Yaponiya) dosenti Teppey Yasunari bildirib ki, Sibirdə baş verən yanğınlar nəticəsində aerozol emissiyaları Şimal yarımkürəsinin çoxlu hissəsində temperaturun azalmasına, həmçinin Sibirdən küləklər əsən bölgələrdə havanın keyfiyyətinin pisləşməsinə səbəb olacaq: “Bu, aerozolların iqlimə və havanın keyfiyyətinə güclü təsirini bir daha vurğulayır”.

Yapon klimatoloqları qeyd ediblər ki, meşə yanğınları atmosferə çoxlu miqdarda kül hissəcikləri və aerozollar buraxır ki, bu da nəinki havanın keyfiyyətini pisləşdirir, həm də Günəş işığını və istiliyi səpələyir və bu da Yer kürəsində temperaturu azaldır.

Bundan əlavə, tədqiqatçılar müəyyən ediblər ki, havanın keyfiyyətinin pisləşməsi hər il on minlərlə insanın həyatına başa gələcək, Rusiya, Çin və Yaponiyanın tibbi xidmətləri əlavə olaraq təxminən 10 milyard dollar xərcləməli olacaqlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Qobustan və Xəzər rayonlarının bir hissəsində.qaz olmayacaq  

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ən çox oxunanalar