Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpinq: Çin ABŞ-a və Qərbə qarşı İranı dəstəkləyir

Çin və İran Rusiya ilə birlikdə özlərini Amerikanın gücünə qarşı tarazlıq kimi təqdim edirlər...

Çin lideri Si Cinpin ABŞ və Qərb ölkələrinə qarşı İran prezidenti İbrahim Rəisiyə dəstək ifadə edib.

Poliqon.info xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Agentlik yazır ki, bu barədə Çin lideri Si Tsinpinq İran lideri ilə danışıqlardan sonra bildirib. Dövlət başçılarının görüşü ilə bağlı rəsmi məlumatda onların Rusiyanın Ukraynaya hücumunu müzakirə edib-etmədiyi barədə heç nə bildirilimir.

Çin lideri Pekinin ənənvi olaraq Vaşinqtonu tənqid etmək üçün istifadə etdiyi sözlərlə Raisi hökumətinə dəstəyini ifadə edib. Si Tsinpinq bildirib ki, Çin və İran Rusiya ilə birlikdə Amerikanın gücünə qarşı yaradırlar.

“Çin İranın milli suverenliyi nimüdafiə etməsini və birtərəfli hərəkətlərə, o cümlədən təhdidlərə qarşı müqavimət göstərməsini dəstəkləyir”, deyə Si çıxışında bildirib.

Çin hökuməti bildirib ki, dövlət başçıları ticarət və turizm də daxil olmaqla 20 əməkdaşlıq sazişinin imzalanmasında iştirak ediblər. Bu sənədlər neft, sənaye və digər sahələrin inkişafı sahəsində əməkdaşlığa dair 2021-ci ildə imzalanmış 25 illik strateji sazişi tamamlayır. Çin İran neftinin ən böyük alıcılarından biridir və əsas investisiya mənbəyidir.

Si Tsinpinqn qeryd edib ki, Pekin xaricilərin İranın daxili işlərinə müdaxiləsinə və İranın təhlükəsizliyinə və sabitliyinə xələl gətirməsinə qarşıdır. Çin lideri Pekin və Tehranın bir-birinin əsas maraqlarına aid məsələlərdə birgə işləyəcəklərinə söz verib, lakin o, təfərrüatları açıqlamayıb.

Raisi administrasiyası görüşün təfərrüatlarını açıqlamasa da, prezident Çin hökumətini “çətin vaxtların dostu” adlandırıb.

Öz növbəsində, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin İranla yaxınlaşmanın ABŞ-Çin əlaqələrini gərginləşdirib- gərginləşdirməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, iki ölkənin dostluq münasibətləri “Yaxın Şərqdə sülh və sabitliyin təşviqinə” töhfə verir.

“Bizim əlaqələrimiz üçüncü tərəflərə qarşı yönəlməyib”, deyə Venbin deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar