Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeytana atılan daşlar neçəyədir? – Hacıdan açıqlama

Heydər məscidinin imamı hacı Rüfət Qarayev məsələyə aydınlıq gətirib

Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlar artıq Bakıya qayıdıblar.

Pia.az xəbər verir ki, ziyarətin təfərrüatları haqqında Modern.az-a danışan Heydər məscidinin imamı hacı Rüfət Qarayev Həccin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Həcc ziyarəti haqqında sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olan bəzi məqamlara da toxunub:

“Düşünürəm ki, hətta əvvəlki illərə nisbətdə daha təhlükəsiz və rahat ziyarət baş tutdu. Zəvvarların otel şəraitləri, qidalanması, ziyarətlər üçün marşrutların təşkil olunması və s. yaxşı qurulmuşdu. Həccə gedənlər arasında yaşlı insanlar üstünlük təşkil etdiyindən təhülksəizlik tədbirlərinə daha çox diqqət ayrıldı. Əvvəlki illərə nisbətən qrip, digər infeksion xəstəliklərə çox az təsadüf edildi. Mütəmadi olaraq, zəvvarların çay, su, kofe verilməsi yaxşı qarşılandı”.

R.Qarayev bildirib ki, şeytan daşlama zamanı atılan daşlar pulla satılmır:

“Ziyarətdə tənzimləyici, cavabdeh şəxslər var. Onlar kütləyə müraciətdə yüksək səs tonu ilə danışmalı olurlar. Məsələn, nəzarətçilər “yol verin!”, “çəkilin!”, uyğun olmayan yerdə namaz qılanlara “olmaz!” deyə səsini yüksəldəndə zəvvarlar narazılıq edirlər ki, bizə qışqırdılar, aşağıladılar, sərt rəftar etdilər. Amma bu həqiqəti əks etdirmir. Orada görəvli olan ərəblər sadəcə öz işlərini yerinə yetirirlər.

Şeytana daş atmaq üçün də pul tələb olunmur. Şeytana atılan daş əsla pulla satılmaz. Daşları toplamaq üçün xüsusi yer var. Zəvvarlar özüləri üçün daş yığırlar. Əslində 49 daş atıılmalıdır, biz zəvvarlara 70-ə qədər daş yığdırırırıq ki, düşüb, itənlər olanda əlavə istifadə edilsin”.

Əksər zəvvarların bütün ayinlərin icrasında iştirak etdiyini vurğulayan imamın sözlərinə görə, bəzi yaşlı insanlar ziyarətdə çətinlik çəkirlər:

“Çətinlik çəkən zəvvarlar könüllü şəkildə bəzi dini ayinlərin icrasına qatılmaya bilirlər”.

R.Qarayev ilk dəfə ziyarətə gedəcək zəvvarlar üçün tövsiyələrini də əlavə edib:

“Zəvvarlar əvvəlcədən araşdırıb, maraqlanıb məlumatlansınlar. Düzdür, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslar təşkil edilir. Amma çoxları oradakı məlumatlandırmalara başdansovdu yanaşır. Həcc ziyarətinə gedəcək insan ən azı 2-3 il özünü hazırlamalıdır ki, səfəri rahat, təhlükəsiz başa vursun. Zəvvarlar anlamalıdırlar ki, bir əməli pozursansa, Həccin batil ola bilər. Çoxluq buna diqqət etmir”.

Pia.az


Etiket: Həcc ziyarət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar